Natiq Əliyev: “2015-ci ildə Azərbaycanda neft hasilatı proqnozu 102.2 faiz yerinə yetirilib” | 1news.az | Xəbərlər
İqtisadiyyat

Natiq Əliyev: “2015-ci ildə Azərbaycanda neft hasilatı proqnozu 102.2 faiz yerinə yetirilib”

12:15 - 15 / 01 / 2016
Natiq Əliyev: “2015-ci ildə Azərbaycanda neft hasilatı proqnozu  102.2 faiz yerinə yetirilib”

2015-ci ildə Azərbaycanda 41.6 milyon ton neft əldə olunub, bu isə verilən proqnozun 102.2 faizini təşkil edir. 

Bu haqda Azərbaycan Energetika naziri Natiq Əliyevin  “Respublika” qəzetində çap olunan məqaləsində deyilir.

2015-ci il üçün neft hasilatının  40.7 milyon ton olacağı  proqnozlaşdırılırdı.

“Hasilatın ümumi həcmində 31 milyon ton neft ( proqnozlaşdırılandan 867 min ton artıq)  “Azəri-Çıraq-Günəşli” blokundan əldə olunub. Qalan 8.2 milyon ton isə Azərbaycan Dövlət Neft Fonduna (SOCAR) aiddir- N.Əliyev bildirib.

Xatırladaq ki, 2014-cü ildə Azərbaycanda ümumi neft hasilatı 41.9 milyon ton təşkil edib ki, bunun 8 milyon 320.6 min tonu SOCAR-ın payına düşür. Beləliklə, 2015-ci ildə ölkədə neft hasilatı 0.7 faiz azalıb.

1news.az

Paylaş:
810

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər