İmam: “Sünnilərlə şiələrin eyni məsciddə namaz qılması başqa ölkələrdə görünməz haldır” | 1news.az | Xəbərlər
Cəmiyyət

İmam: “Sünnilərlə şiələrin eyni məsciddə namaz qılması başqa ölkələrdə görünməz haldır”

01:40 - 16 / 01 / 2016
İmam: “Sünnilərlə şiələrin eyni məsciddə namaz qılması başqa ölkələrdə görünməz haldır”

“Mən bir sıra ölkələrdə olmuşam və bu ölkələrdəki gedişat mənim üçün maraqlı idi. Çünki Azərbaycanda gördüklərimi o ölkələrdə görə bilmirdim".

1news.az-ın APA-ya istinadla verdiyi məlumata görə, bunu “Multikulturalizm ili” çərçivəsində “Heydər” məscidində qılınan vəhdət namazı ilə bağlı əhli-sünnə üzrə aparılan namazlara müvəqqəti rəhbərlik edən imam Hafiz Abbasov bildirib.

İmam deyib ki, o və əhli-şiə məzhəbi üzrə aparılan namazlara müvəqqəti rəhbərlik edən axund Rüfət Qarayev bu gün burada hər iki məzhəbin nümayəndəsi olaraq qılınan cümə namazında iştirak ediblər:

“Olduğum müsəlman ölkələrində əhli-sünnə üzrə qılınan namazların icra olunduğu məsciddə əhli-şiənin namaz qılması görünməz hal idi. Eyni zamanda, əhli-şiə məscidi olaraq bilinən məsciddə əhli-sünnənin namaz qılması görünməz hal idi. Azərbaycan məscidlərinin əksəriyyəti isə məzhəbindən asılı olmayaraq, hər kəsin üzünə açıqdır, hər kəs məscidlərimizdə heç bir təzyiqə məruz qalmadan, namazlarını rahat şəkildə qıla bilər.

Biz “Heydər” məscidində daha önəmli addım atmışıq, heç bir fərqi ortada görmədikdən sonra birlikdə namaz qılmışıq. Bu il “Multikulturalizm ili”dir. Biz də burada qıldığımız vəhdət namazları ilə “Multikulturalizm ili”nə öz töhfəmizi vermiş sayılırıq”.

Cümə namazı və Vəhdət Günü münasibətilə xalqı təbrik edən axund Rüfət Qarayev isə qeyd edib ki, cümə namazının vəhdət şəklində qılınması xalqın öz istəyidir:

“Birgə namaz qılınması hər iki məzhəb nümayəndələrinin təklifidir. Allaha həmd olsun ki, biz buna nail olduq, bu gün Heydər Məscidində hər iki məzhəb nümayəndələri birgə namaz qılırlar. Bu vəhdət münasibətilə bir daha xalqımızı təbrik edirik. İnşallah, ümid edirik ki, bu vəhdət namazları öz töhfələrini verəcək”.

“Heydər” məscidinin dini rəhbəri Hacı Sabir məscidin Qafqazda ən böyük məscid olduğunu nəzərə çatdırıb:

“Digər məscidlərdən fərqli olaraq, “Heydər” məscidində nəzir qutuları yoxdur. Belə razılığa gəldik ki, burada nəzir qutusu olmasın. İşçilərimizin maaşları Bakı şəhər İcra Hakimiyyəti tərəfindən ödənilir. Məscidin Bakı şəhər İcra Hakimiyyətinin balansında olması işlərimizin xeyli irəli getməsində bizə yardımçı olur”.

1news.az

 

Paylaş:
2830

Son xəbərlər

Mingəçevir polisi əməliyyat keçirdi - Onlayn alış-veriş edənləri aldadan şəxs saxlanılıbBu gün, 08:54Bu gün 9 May - Qələbə GünüdürBu gün, 08:47Ölkəmizdə ilk dəfə keçiriləcək Təchizat Zənciri Liderləri Zirvəsinə sayılı günlər qaldı!08 / 05 / 2024, 18:12Naxçıvanda Ulu Öndərin 101 illiyi və Naxçıvanın 100 illiyi ilə bağlı konfrans keçirilib08 / 05 / 2024, 17:51Dövlət Komitəsi beynəlxalq mükafata layiq görülüb08 / 05 / 2024, 17:44Ankarada Azərbaycanla Türkiyə arasında Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib - YENİLƏNİB08 / 05 / 2024, 17:36İsmail Serageldin Prezidentin fəxri diplomu ilə təltif edilib08 / 05 / 2024, 17:24Milli Məclisin sədri ilə Bolqarıstan Prezidenti arasında görüş keçirilib08 / 05 / 2024, 17:14Cevdet Yılmaz: İşğaldan azad olunmuş ərazilərlə bağlı əməkdaşlığın gücləndirilməsini nəzərdə tuturuq08 / 05 / 2024, 17:03Baş nazir İlham Əliyevin COP-29-a dəvət məktubunuRəcəb Tayyib Ərdoğana təqdim edəcək08 / 05 / 2024, 16:58Sevinc Fətəliyeva: Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır08 / 05 / 2024, 16:51Zaqatalada dönərdən zəhərlənmə ilə bağlı yeni məlumat açıqlandı08 / 05 / 2024, 16:45Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB 108 / 05 / 2024, 16:39“Qərbi Azərbaycana qayıdış” olimpiadasının ilkin mərhələsinin nəticələri açıqlanıb08 / 05 / 2024, 16:32Bakının Əhməd Rəcəbli küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq08 / 05 / 2024, 16:24Rəhman Hacıyev: “Qarabağın Rəngləri” layihəsi Qarabağın yalnız mədəni dirçəlişinə deyil, həm də fiziki olaraq bərpasına töhfə verir08 / 05 / 2024, 16:20Lənkəranın Şağlasər kəndində Birinci Qarabağ müharibəsinin şəhidi ilə vida mərasimi başa çatıb - YENİLƏNİB08 / 05 / 2024, 16:07Leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ08 / 05 / 2024, 16:06Azərbaycan Prezidenti bolqarıstanlı həmkarını COP29-a dəvət edib08 / 05 / 2024, 16:00Bəzi yerlərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA08 / 05 / 2024, 15:58
Bütün xəbərlər