Qubanın İcra Hakimiyyətinin başçısı narazı sakinlərlə görüşüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Qubanın İcra Hakimiyyətinin başçısı narazı sakinlərlə görüşüb

01:52 - 16 / 01 / 2016
Qubanın İcra Hakimiyyətinin başçısı narazı sakinlərlə görüşüb

Bu gün Quba rayon sakinlərinin rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə görüşü keçirilib.

Bu haqda 1news.az APA-nın şimal bürosunun verdiyi məlumata əsasən xəbər verir ki, görüşdə Quba rayon İcra Hakimiyyətinin başçısı Yaşar Məmmədov, İH başçısının müavini Yusif Abidov, hüquq-mühafizə orqanlarının rəhbərliyi iştirak edib.

Vətəndaşlar süni qiymət artımı ilə bağlı öz şikayətlərini rayon rəhbərliyinə çatdırıblar.

Quba rayon İH başçısının müavini Yusif Abidov jurnalistlərə bildirib ki, İcra Hakimiyyətinin başçısı mövcud problemlərin həlli istiqamətində ölkə rəhbərliyi səviyyəsində iş görüldüyünü, problemlərin həlli istiqamətində iş aparıldığını deyib.

Onun sözlərinə görə, əhali əsasən fərdi problemləri ilə bağlı müraciət edib.

Eyni zamanda, bu gün səhər saatlarında Quba rayon Polis Şöbəsinə (RPŞ) rayonun “Cümə” məscidinə bomba qoyulması barədə məlumat daxil olub.

Daxil olan məlumatdan sonra əraziyə müvafiq dövlət qurumlarının əməkdaşları cəlb olunub, insanlar həmin ərazidən təxliyə olunub.

Hadisə ilə bağlı Quba rayon Polis Şöbəsinin növbətçi hissəsindən bildirilib ki, aparılan araşdırmalardan sonra ərazidə hər hansı partlayıcı maddə aşkar edilməyib.

1news.az

Paylaş:
1897

Son xəbərlər

Bütün xəbərlər