Qusarda süni qiymət artımına qarşı komissiya yaradılıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Qusarda süni qiymət artımına qarşı komissiya yaradılıb - FOTO

19:10 - 17 / 01 / 2016
Qusarda süni qiymət artımına qarşı komissiya yaradılıb - FOTO

Qusarda süni qiymət artımına qarşı fəaliyyət göstərən daimi komissiya yaradılıb.

Bu barədə rayon icra hakimiyyətində devalvasiyadan sonra baş verən qiymət artımı, bununla əlaqədar əhali arasında yaranan narahatlıqla bağlı keçirilən yığıncaqda məlumat verilib.

Yığıncağa rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar dəvət olunub, geniş fikir mübadiləsi aparılıb. Görüşdə Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov milli valyutanın devalvasiyası və bununla əlaqədar baş verən süni qiymət artımı halları haqqında danışıb, ölkə rəhbərliyinin, eləcə də rayon icra strukturlarının belə mənfi hallara qarşı həyata keçirdiyi qabaqlayıcı tədbirlər haqqında məlumat verib.

Süni qiymət artımına qarşı müvafiq tədbirlərin görülməsi üçün daimi komissiyanın yaradıldığını deyən icra başçısı qeyd edib ki, bu sahədə baş verən hadisələr icra orqanlarının diqqət mərkəzindədir.

Yığıncaqda son günlər bir sıra bölgələrdə baş verən mənfi hallar və birgə tədbirlərin davam etdirilməsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Paylaş:
920

Son xəbərlər

Azərbaycanda maliyyə piramidası şəbəkəsi ifşa edilib28 / 09 / 2024, 18:05Binəqədi rayonunda mebel sexində baş verən yanğın məhdudlaşdırılıb28 / 09 / 2024, 17:26Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıb28 / 09 / 2024, 17:06"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişib28 / 09 / 2024, 16:26Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşüb28 / 09 / 2024, 15:57Toyuna hazırlaşan qız faciəvi şəkildə ölüb28 / 09 / 2024, 15:24Azərbaycanda sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAM28 / 09 / 2024, 14:55Xüsusi təyinatlılar təlimdə gecə şəraitində düşmən obyektinə qəfil basqın ediblər28 / 09 / 2024, 14:37“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib28 / 09 / 2024, 14:14Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydası təsdiq edilib - FƏRMAN28 / 09 / 2024, 13:53Prezident Çin Xalq Respublikasının Sədrini təbrik edib28 / 09 / 2024, 13:42Azərbaycan neftinin qiyməti 74 dollara düşüb28 / 09 / 2024, 13:34Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdür28 / 09 / 2024, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunur28 / 09 / 2024, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edir28 / 09 / 2024, 12:25Bazar gününün hava proqnozu28 / 09 / 2024, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıb28 / 09 / 2024, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıb28 / 09 / 2024, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıb28 / 09 / 2024, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçirib28 / 09 / 2024, 11:03
Bütün xəbərlər