Qusarda "donuz qripinə" qarşı profilaktik tədbirlər gücləndirilib - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Qusarda "donuz qripinə" qarşı profilaktik tədbirlər gücləndirilib - VİDEO

12:18 - 17 / 01 / 2016
Qusarda "donuz qripinə" qarşı profilaktik tədbirlər gücləndirilib - VİDEO

Xəstəliyin profilaktikası məqsədilə Səhiyyə Nazirliyinin əmrinə əsasən Qusar rayonunda bir sıra tədbirlər həyata keçirilir. 

Mərkəzi rayon xəstəxanasında 5 xüsusi palata hazırlanıb. Hər palata 1 xəstə yerlikdir. Həmçinin xəstəxana müvafiq təyinatlı dərman preparatları və qoruyucu vasitələrlə də təmin edilib.

Qusar rayonunda bu günə qədər  virusla bağlı hər hansı şübhəli hal qeydə alınmayıb. Belə bir xəstəliklə bağlı şübhələr olduğu təqdirdə   dərhal yerli gigiyena və epidemiologiya mərkəzinə məlumat verilməli, şübhəli xəstələrdən götürülən nümunələr Respublika Taun Əleyhinə Stansiyasına çatdırılmalıdır.

Ölkə ərazisində bu vaxta qədər donuz qripinə yoluxma halı qeydə alınmayıb.

rtv.az

Paylaş:
629

Son xəbərlər

Bütün xəbərlər