İcra hakimiyyətləri Cəlilabad və Astarada baş verən hadisələrə aydınlıq gətiriblər | 1news.az | Xəbərlər
Cəmiyyət

İcra hakimiyyətləri Cəlilabad və Astarada baş verən hadisələrə aydınlıq gətiriblər

17:50 - 18 / 01 / 2016
İcra hakimiyyətləri Cəlilabad və Astarada baş verən hadisələrə aydınlıq gətiriblər

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Cəlilabad rayon şöbəsində vətəndaşların ünvanlı sosial yardım almaları məqsədilə fərdi qaydada ərizələrinin qəbulu keçirilib.

1news.az xəbər verir ki, APA-nın cənub bürosunun məlumatına görə, qəbulda rayonun 35 ərazi vahidliyindən sakinlər iştirak edib.

Nəticədə sıxlıq yaranıb, bəzi vətəndaşlar qəbulun gedişindən narazı qalıblar. 

Bununla yanaşı, sakinlər süni bahalaşmaya etiraz edib, banklara olan kredit borclarını ödəyə bilməmələrindən də şikayət ediblər.

Cəlilabad Rayon İcra Hakimiyyətindən (RİH) bildirilib ki, ƏƏSMN-nin rayon şöbəsində sakinlərdən ərizələrin qəbulu elektron qaydada keçirilməli olduğu halda, hazırlıq işlərinin başa çatdırılmaması səbəbindən bu iş baş tutmayıb.

Ona görə də rayonun 35 ərazi vahidliyindən vətəndaşların eyni gündə şöbəyə müraciət etməsi problem yaradıb.

O da bildirilib ki, RİH rəhbərliyi demək olar ki, hər gün vətəndaşların qəbulu və onların problemlərinin həlli ilə məşğuldur: 

“Elə sözügedən məsələ ilə də bağlı rayon rəhbərliyi əhali ilə görüşərək onların narahatlığına heç bir əsasın olmadığını, müraciətlərinin araşdırılacağını və müvafiq tədbirlərin görüləcəyini bildirib”.

“Astara rayonunda tam sabitlik hökm sürür, heç bir aksiya keçirilməyib. Camaat öz cari iş-gücü ilə məşğuldur”. 

Bunu isə APA-nın cənub bürosuna Astara Rayon İcra Hakimiyyəti (RİH) başçısının birinci müavini Allahverən Mahmudov deyib.

Onun sözlərinə görə, rayonun Şahağacı kəndində baş vermiş hadisə bank fırıldaqçılığı ilə bağlı olub: 

“Altı ay öncə həmin kəndin sakinləri Ceyhun Əhədov və Nahid Rəhimov “Respublika Bank”ın Astara filialının işçisi Vüqar Yusifovla birləşərək öz həmyerlilərinin etibarından sui-istifadə etməklə 30-a yaxın şəxsin adından kredit götürüb mənimsəyiblər.

Sonradan sakinlərin şikayətləri əsasında həmin şəxslər barəsində cinayət işi açılıb, C.Əhədovla N.Rəhimov həbs olunub. V.Yusifov isə respublikadan qaçıb”.

A.Mahmudovun sözlərinə görə, bu məsələ ilə bağlı bu gün Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin müstəntiqi Şahağacı kəndinə gəlib:

“Hazırda müstəntiq ərazi icra vahidliyinin binasında adlarına kredit götürülmüş şəxsləri qəbul edir, izahatlarını alır”.

1news.az

Paylaş:
502

Son xəbərlər

31 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olunub - FOTOBu gün, 10:12Bu gündən bəzi məktəblərdə dərslər başlayıbBu gün, 09:41AMB günün valyuta məzənnəsini açıqladıBu gün, 09:20Paytaxt yollarında vəziyyət necədir? - NİİM açıqladıBu gün, 09:17Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50
Bütün xəbərlər