Nazir Ağdaşda 5 rayonun sakinləri ilə görüşəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazir Ağdaşda 5 rayonun sakinləri ilə görüşəcək

11:27 - 18 / 01 / 2016
Nazir Ağdaşda 5 rayonun sakinləri ilə görüşəcək

Kənd təsərrüfatı naziri Heydər Əsədov yanvar ayının 22-də Ağdaş rayonunda Ağdaş, Göyçay, Zərdab, Kürdəmir və Ucar rayonlarının sakinləri ilə görüşəcək.

1news.az-ın məlumatına görə, görüşdə iştirak etmək istəyən vətəndaşlar Kənd Təsərrüfatı Nazirliyinə (012-493-51-64, 050-352-06-27) müraciət edə bilərlər.

Qəbula yazılmaq istəyən vətəndaşlar həmçinin Kənd Təsərrüfatı Nazirliyinin Çağrı mərkəzi (1652) və elektron poçtu ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçə bilərlər.

1news.az

Paylaş:
826

Son xəbərlər

Bütün xəbərlər