Devalvasiya ilə əlaqədar Azərbaycan Vergi Məcəlləsində dəyişiklik etmək planlaşdırılmayıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Devalvasiya ilə əlaqədar Azərbaycan Vergi Məcəlləsində dəyişiklik etmək planlaşdırılmayıb

12:04 - 18 / 01 / 2016
Devalvasiya ilə əlaqədar Azərbaycan Vergi Məcəlləsində dəyişiklik etmək planlaşdırılmayıb

İqtisadiyyatdakı devalvasiya prosesi ilə əlaqədar olaraq Azərbaycan Vergi Məcəlləsinə dəyişiklik edilməsi nəzərdə tutulmayıb.

1news.az xəbər verir ki, bunu 18 yanvar tarixində Bakıda keçirilən “Vergi sistemində inkişaf” V İllik vergi konfransı çərçivəsində  Azərbaycan Vergilər Nazirliyinin Strateji araşdırmalar və vergi siyasəti Baş idarəsinin sədri Natiq Şiriniov jurnalistlərə müsahibəsində bildirib.   

Onun sözlərinə görə, aksizli məhsullar bu gün ən çox müzakirə olunan məsələdir.

“Bununla əlaqədar qeyd edim ki, 2015-ci il yanvarın  əvvəlindən Vergi Məcəlləsinə dəyişiklik qüvvəyə minib. Bu dəyişikliyə əsasən, bəzi vergilərdə, əsasən, aksizli vergilərin  faiz (advalor) dərəcəsindən möhkəm (spesifik) dərəcəyə keçidi baş verdi. Devalvasiyanın qiymətlərə təsir etməsi, əsasən də, qiymət artımına gətirməsinə baxmayaraq, aksizli məhsullardan- spirtli içki və tütün məmulatlarından vergi daxilolmaları  artmayıb”,- deyə, N. Şirinov bildirib.

Qyd edək ki, möhkəm ( spesifik) vergi dərəcələri vergitutma obyekti (maddə) üzərinə müəyyən məbləğdə qoyulur və vergi ödəyicisinin əldə etdiyi gəlir səviyyəsindən asılı deyil. Xüsusi vergi dərəcəsi müəyyən olunduqda vergi vahidinə görə müəyyən sabit məbləğ vergi şəklində ödənilir.

Buna  görə də, qiymətlərin artmasına baxmayaraq, sahibkarlar əlavə vergi ödəmir. 

1news.az

Paylaş:
821

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər