Mikayıl Cabbarov Londonda keçirilən Dünya Təhsil Forumunda iştirak edir | 1news.az | Xəbərlər
Cəmiyyət

Mikayıl Cabbarov Londonda keçirilən Dünya Təhsil Forumunda iştirak edir

10:25 - 19 / 01 / 2016
Mikayıl Cabbarov Londonda keçirilən Dünya Təhsil Forumunda iştirak edir

Londonda ənənəvi Dünya Təhsil Forumu işə başlayıb.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Azərbaycan Forumda təhsil naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur.

Bu Forumda dünya əhalisinin 80 faizinin yaşadığı ölkələr nazir və ya nazir müavini səviyyəsində təmsil olunur. Hökumət nümayəndələri ilə yanaşı, təhsil sahəsində nüfuzlu beynəlxalq şirkətlərin və ali təhsil müəssisələrinin nümayəndələri də tədbirdə iştirak edirlər.

Forum Britaniyanın Xarici İşlər Nazirliyi, hökumətin təhsil, biznes və innovasiyalar, beynəlxalq inkişaf departamentləri, həmçinin “British Council” və bir çox sənaye tərəfdaşlarının dəstəyi ilə həyata keçirilir.

Açılış mərasimində İngiltərənin təhsil naziri xanım Nikki Morqan və digər çıxış edənlər Forumun əhəmiyyətindən bəhs ediblər. N.Morqan iştirakçılara uğurlar arzulayaraq, tədbirin dünya təhsil sistemindəki ümumi məsələlər, problemlər və ayrı-ayrı ölkələrdəki tədris siyasəti baxımından faydalı olacağına əminliyini ifadə edib.

Daha sonra Forum sessiyalarla işini davam etdirib.

Nazir M.Cabbarov Forum çərçivəsində bir sıra ölkələrin nümayəndələri ilə ikitərəfli görüşlər keçirib. Görüşlərdə Azərbaycanda təhsilin prioritet inkişaf istiqamətləri və qarşılıqlı əməkdaşlıq imkanları ətrafında müzakirələr aparılıb.

Forum yanvarın 20-dək davam edəcək.

1news.az

Paylaş:
541

Son xəbərlər

Yağış, duman, külək - Baza gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:4431 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olunub - FOTOBu gün, 10:12Bu gündən bəzi məktəblərdə dərslər başlayıbBu gün, 09:41AMB günün valyuta məzənnəsini açıqladıBu gün, 09:20Paytaxt yollarında vəziyyət necədir? - NİİM açıqladıBu gün, 09:17Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39
Bütün xəbərlər