Mərkəzi Bankın: "Əhalinin əmanətlərindən gəlir vergisi tutulmayacaq" | 1news.az | Xəbərlər
İqtisadiyyat

Mərkəzi Bankın: "Əhalinin əmanətlərindən gəlir vergisi tutulmayacaq"

11:50 - 19 / 01 / 2016
Mərkəzi Bankın: "Əhalinin əmanətlərindən gəlir vergisi tutulmayacaq"

Bu ilin fevralın 1-dən etibarən əhalinin əmanətlərindən gəlir vergisi tutulmayacaq.

1news.az-ın verdiyi məlumata görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi və Hüquq siyasəti komitəsinin birgə iclasında Mərkəzi Banklın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

E.Rüstəmov bildirib ki, indiki dövrdə vətəndaşların əmanətləri əhalinin ən mühüm qazanc mənbələrindən biridir:

"Statistikaya görə, Azərbaycan əhalisi il ərzində əmanətlərdən 500 milyon əldə edir və “Əmanətlərin sığortalanması haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsinin qəbulundan sonra əhalinin əmanətlərdən gəliri daha da sabitləşəcək.

Bildiyiniz kimi, əhalinin əmanətlərindən vergi tutulması məsələsi güzəşti 2015-ci ilə qədər qüvvədə idi. 2015-ci ildə bu güzəşt ləğv olunub və artıq bu güzəşt yenidən tətbiq olunmağa başlayacaq. Bu da rezident və qeyri-rezident əmanətçiləri əhatə edəcək. İlkin rəqəmlərə görə, bütövlükdə 9,5 milyard manat əhalinin əmanəti var və bu əmanətdən onlar 93 milyon manat gəlir əldə edirlər. Güzəştin tətbiqi 93 milyon manat gəlirin əmanətçilərin sərəncamında qalmasına imkan verəcək. Bu vəsait dövlət büdcəsi hesabına əhaliyə geri qaytarılacaq".

1news.az

Paylaş:
728

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər