Dünya əhalisinin yarısı qədər sərvətə sahib milyonçular məlum oldu | 1news.az | Xəbərlər
Dünya

Dünya əhalisinin yarısı qədər sərvətə sahib milyonçular məlum oldu

00:46 - 19 / 01 / 2016
Dünya əhalisinin yarısı qədər sərvətə sahib milyonçular məlum oldu

Dünya əhalisi son beş ildə 400 milyon nəfər artsa da, dünya əhalisinin yoxsul kəsiminin vəsaitləri həmin dövrdə təxminən 41 faiz azalıb

Dünyada qlobal bərabərsizlik və zənginlərlə yoxsullar arasında uçurum durmadan dərinləşməkdədir. İsveçrənin

1news.az "Report"a istinadən xəbər verir ki, Davos şəhərində keçiriləcək növbəti Dünya İqtisadi Forumu öncəsi “Oksfam” beynəlxalq humanitar təşkilatı dünya əhalisi arasında sərvət bölgüsünü əks etdirən “1 faiz üçün iqtisadiyyat” adlı hesabat yayıb.

Hesabatda göstərilir ki, dünyanın 62 ən zəngin insanının ümumi sərvəti dünyanın yoxsulluq içində yaşayan əhalisinin (planetimizin 3,6 milyard sakini) ümumi sərvəti qədərdir. Bir il əvvəl bu göstərici 80 nəfərə, 2010-cu ildə isə 388 nəfərə bərabər olub və bu da zəngin təbəqənin hansı sürətlə öz vəsaitlərini artırdığını əks etdirir. Dünyanın ən zəngin 62 şəxsi son beş ildə öz varidatını 44 faiz artıra bilib, onların ümumi sərvətinin həcmi 1,76 trilyon dollara çatıb. Dünya əhalisi son beş ildə 400 milyon nəfər artsa da, dünya əhalisinin yoxsul kəsiminin vəsaitləri həmin dövrdə təxminən 41 faiz azalıb.

Beynəlxalq təşkilatın hesabatında qeyd edilir ki, sosial bərabərsizlik böhranı həll olunmayınca dünyada yoxsulluq üzərində qələbə qazanmaq mümkün olmayacaq. Eyni zamanda İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı da bildirir ki, dünyadakı iqtisadi bərabərsizlik arzuolunmaz tendensiyaların, eləcə də terrorizmin vüsət alması üçün başlıca səbəblərdən biridir.

İsveçrənin “Credit Suisse” maliyyə şirkətinin analizləri əsasında tərtib olunmuş 2015-ci il üzrə “Dünya sərvət hesabatı”nda dünya əhalisinin cəmi 1 faizinin sərvəti bütün dünya əhalisinin varidatından çox olduğu qeyd olunur. Zənginlərin sərvəti və kapitaldan gəlirlərinə qarşı vergilərin yetərli səviyyədə tətbiq edilməməsi, xüsusilə böyük konsernlər və milyarderlərin öz gəlirlərini “vergi vadi”lərində cəmləşdirməsi və həmin gəlirləri vergidən yayındırması nəticəsində inkişaf etməkdə olan ölkələrə hər il milyardlarla dollar zərər dəyir.

1news.az

Paylaş:
996

Son xəbərlər

Bakıda 16 yaşlı qız itkin düşübBu gün, 10:39Sabunçunun bəzi ərazilərində işıq olmayacaqBu gün, 10:27Cari ilin 10 ayında sosial müavinət və Prezident təqaüdü üzrə ödənişlərin məbləği açıqlanıbBu gün, 10:17Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:10Hindistandan Almaniyaya uçan təyyarə Heydər Əliyev Aeroportuna təcili eniş edibBu gün, 10:07Dünya bazarında qızıl bahalaşmaqda davam edirBu gün, 09:49DYP küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edibBu gün, 09:33AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:26Mastercard dayanıqlılıq mövzusunda “Sandbox as a Service” hakatonunun qaliblərini elan edir - FOTOBu gün, 09:15Lənkəranda ər arvadını bıçaqlayıbBu gün, 09:04Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:51Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24
Bütün xəbərlər