Elman Rüstəmov: “Azərbaycanda əmanətçilərin bank əmanətləri tam həcmdə sığortalanacaq” | 1news.az | Xəbərlər
İqtisadiyyat

Elman Rüstəmov: “Azərbaycanda əmanətçilərin bank əmanətləri tam həcmdə sığortalanacaq”

12:50 - 19 / 01 / 2016
Elman Rüstəmov: “Azərbaycanda əmanətçilərin bank əmanətləri tam həcmdə sığortalanacaq”

“Azərbaycanda 6,6 milyon əmanətçinin bank əmanətləri tam həcmdə sığortalanacaq. Bu, vətəndaşların marağına doğru atılmış çox mühüm və ciddi addımdır”.

1news.az-ın verdiyi xəbər görə bunu, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, həmçinin, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında çıxışı zamanı bildirib.

"Əmanətlərin sığortalanması haqqında" qanun layihəsinə dəyişiklik edilməsilə bağlı müzakirələr zamanı çıxış edən E.Rüstəmov qeyd edib ki, MDB ölkələrinin heç birində belə bir hüquqi sənəd yoxdur.

“Bu cür qanunlar 2008-ci ildə dünyada yaşanan qlobal maliyyə-iqtisadi böhranı ilə əlaqədar onlarla aparıcı, inkişaf etmiş ölkələrdə qəbul edilib”, - qeyd edən Mərkəzi Bank sədri sözlərinə əlavə edib ki, Azərbaycan da bu ölkələrin nümunəsinə uyğun olaraq addım atıb və oxşar layihə hazırlayıb.

Onun sözlərinə görə, bu qanun bank sektorunda qeyri-sabitlik dövründə aktual olacaq:

“Belə ki, bank sektorunda müəyyən problemlər yaranarsa, dərhal bu qanun dövriyyəyə girəcək, bank sektorunda tam sabitlik yarandıqdan sonra isə ona ehtiyac qalmayacaq”, - o, sözlərinə aydınlıq gətirdi.

E.Rüstəmovun sözlərinə görə, bank əmanətləri milyonlarla ölkə vətəndaşının gəlir mənbəyidir. Əmənətlərin tam sığortalanması isə ölkənin bank sisteminə etimadı daha da artıracaq.

O qeyd etdi ki, bu gün Azərbaycanın bank sektorunda vəziyyət  sabit və tənzimlənəndir.

“Əlbəttə ki, bəzi banklarla müəyyən problemlər var, lakin ümumilikdə proses tənzimlənir”, - Mərkəzi Bankın rəhbəri bildirib.

Öz növbəsində, iqtisadiyyat və sənaye  naziri Sahin Mustafayev də bildirib ki, bu qanunlayihəsi Azərbaycan vətəndaşının və əmanətçilərinin hüquqlarının qorumasını nəzərdə tutan bir sənəddir:

"Bu, irəliyə doğru atılmış çox mühüm addımdır".

1news.az

Paylaş:
1023

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər