İran Avropa istehlakçılarına neftin qiymətində endirim edib
İran Avropa ölkələrinə neftin bir barelinin qiymətində 6,55 ABŞ dolları məbləğində endirim etməyə hazır olduğunu bildirib. Bunun səbəbi həmin bazarda Səudiyyə Ərəbistanı ilə rəqabət apara bilməkdir.
1news.az "Reuters"ə istinadən xəbər verir ki, bu haqda İran Milli Neft Şirkəti açıqlama yayıb.
Məlumata görə, Səudiyyə Ərəbistanı hazırda Avropa ölkələrinə nefti 4,85 dollar endirimlə satır.
Mütəxəssislər bildiriblər ki, bu yolla İran Avropanın neft bazarından Səudiyyə Ərəbistanını sıxışdırmaq niyyətindədir. Onların qənaətincə, əgər neftin qiyməti indikindən baha olsa idi, o zaman İran daha çox endirim edərdi.
18 yanvar tarixində İran hökuməti neft hasilatını sutkada 500 min barelə qədər qaldırmaq qərarını təsdiq etdi.
Bu məlumatların fonunda Brent markalı neftin qiyməti 28 dollara düşüb.
Analitiklərin fikrincə, İslanla Səudiyyə Ərəbistanı arasında rəqabət Neft Hasil edən Dövlətlərin Təşkilatının (OPEC) vahid qiymət strategiyası haqda qərarına mənfi təsir göstərəcək.
1news.az