Rusiyanın Əfqanıstandakı səfirliyi qarşısında törədilən partlayışda 7 nəfər ölüb, 25 nəfər yaralanıb - VİDEO-YENİLƏNMƏ
Əfqanıstanın paytaxtı Kabildə baş verən partlayışda 7 nəfər ölüb, 25 nəfər yaralanıb.
1news.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Kabilin polis rəisi Əbdül Rəhmən Rəhimi məlumat verib.
“FransPress” agentliyinin məlumatına görə, terror hücumunun əsas hədəfi Əfqanıstanın “TOLONews” telekanalının əməkdaşlarının olduğu avtobus olub.
1news.az
18.07
Əfqanıstanın paytaxtı Kabildə partlayış törədilib.
1news.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, hadisə Rusiya səfirliyi qarşısında qeydə alınıb.
Əfqanıstanın Daxili İşlər Nazirliyinin açıqlamasında qeyd olunur ki, səfirliyin qarşında dayanan maşın partladılıb.
Nazirlik hədəfin Rusiya səfirliyi olub-olmadığının hələlik müəyyən edilmədiyini qeyd edib.
Eyni zamanda partlayışda ölənlərin olduğu bildirilir.
1news.az