Minlərlə etirazçı Moldova parlamentini mühasirəyə aldı
Kişinyovda Moldova parlamenti qarşısında etirazçılarla polis arasında toqquşma baş verib.
1news.az-ın TACC agentliyinə istinadən verdiyi məlumata görə, nümayişçilər parlamentin binasına daxil olmağa cəhd göstəriblər.
Müxalifət liderlərindən biri etirazçıları deputatların binadan çıxmasına imkan verməməyə çağırıb.
Qeyd edək ki, Moldova parlamenti yanvarın 20-də rabitə naziri Pavel Filipin baş nazir postuna namizədliyini və yeni hökumətin tərkibini təsdiqləyib.
TACC
819