Tokioda turizm avtobusu dirəyə çırpılıb, 28 nəfər xəsarət alıb
Yaponiya paytaxtının mərkəzində turizm avtobusu dirəyə çırpılıb.
1news.az-ın TACC agentliyinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində azı 28 nəfər xəsarət alıb.
Xəsarət alanların həyatlarına təhlükə olmadığı bildirilir. Hadisə yerinə polis cəlb edilib, avtobusun sürücüsü saxlanılıb.
Qeyd edək ki, yanvarın 15-də Tokiodan Naqanoya gedən turizm avtobusunun sıldırıma düşməsi nəticəsində 14 nəfər ölmüş, 27 nəfər xəsarət almışdı.
1news.az
596