Xarici tele-radio kanalları Azerspace peyki ilə yayıma başlayıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Xarici tele-radio kanalları Azerspace peyki ilə yayıma başlayıb

11:01 - 20 / 01 / 2016
Xarici tele-radio kanalları Azerspace  peyki ilə yayıma başlayıb

Gürcüstanın Adjara TV telekanalı Azərbaycanın ilk telekommunikasiya peyki Azerspace-1 vasitəsilə yayıma başlayıb.

“Azercosmos”ASC ilə Georgian Public Broadcasting (GPB) arasında imzalanan müqaviləyə əsasən tele-radio yayım 11095/H/27500 tezliyində aparılır. Onun tərkibinə 17 televiziya və 15 radiokanal daxildir”,-  “Azercosmos”un  ( Azərbaycan peyk operatoru) məlumatında bildirilir.

Bundan əlavə,  yanvar ayından Azerspace-1 11016/171 tezliyində Ukraynanın Radio 24 и Lux FM kanallarınında yayımına başlayıb.

Xatırladaq ki, Azərbaycanın ilk telekommunikasiya peyki 2013-cü ilin fevralında orbitə buraxılıb və may ayında kommersiya fəaliyyətinə başlayıb.

 Peykin əhatə dairəsinə Avropa, Afrika, Qafqaz regionu, Yaxın Şərq və Mərkəzi asiya ərazisi daxildir. Bu gün Azerspace-1 Mərkəzi Asiya, Avropa və Afrikanın 50-dən artıq ölkəsinin kosmik məkanında aparıcı rol alır.

1news.az

Paylaş:
1063

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər