Pakistanda universitetə hücum nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb –FOTO-VİDEO-YENİLƏNMƏ
Pakistanın şimal-qərbində Heybər-Paxtunxva əyalətində yerləşən universitetə yaraqlılar tərəfindən hücum nəticəsində həlak olanların sayı 25 nəfərə çatıb, bu haqda “Dayli Pakistan”agentliyi Pakistanın informasiya naziri Şaukat Yusufzaya istinadla xəbər verir.
Daha əvvəl isə polis 21 nəfərin həlak olduğu və 50 nəfərin yaralanması haqda məlumat yaymışdı.
“Taliban” yaraqlılarının “Təhrik-i-Taliban Pakistan” qolu olan terror təşkilatı hadisəni öz üzərinə götürüb.
РИА Новости
11:18
Pakistanın şimal-qərbində Heybər-Paxtunxva əyalətində yerləşən universitetə yaraqlılar tərəfindən hücum nəticəsində həlak olanların sayı 15 nəfərə çatıb, bu haqda “Dawn” agentliyi məlumat yayır.
Daha əvvəl xəbər verilmişdi ki, hücum nəticəsində həlak olanların sayı 3 nəfərə çatıb. Hadisə nəticəsində 50 nəfər xəsarət alıb.
Agentlik “Edhi Foundation” humanitar təşkilatına istinadla xəbər verir ki, hadisə nəticəsində universitet binasından 60-70 nəfərə yaxın tələbə təxliyə olunub. Lakin onların sözü rəsmi təsdiqlənməyib.
Hücum nəticəsində universitet binasında 3000 nəfər olub. Universitetin rektorunun sözlərinə görə, müəllim və tələbələrdən xəsarət alan olmayıb. Bəzi məlumatlara görə, hücum zamanı universitetdə poeziya müsabiqəsi keçirildiyi üçün 600 qonaq olub.
РИА Новости
10.39
Polis əməkdaşları Pakistanda universitetə hücum edənlərdən 2 nəfərini zərərsizləşdirib, bu haqda “Reuters” məlumat yayır.
Rəsmi məlumatlara görə, hücum nəticəsində kimya müəllimi həlak olub, 50 nəfər isə yaralanıb. Hazırda yaralıların vəziyyəti ağırdır.
Hücum nəticəsində universitetin ərazisində 3 min nəfərə yaxın tələbə olub.
Məlumat verilir ki, universitet binasında atışma hələ də davam edir.
Daha əvvəl məlumat verilmişdi ki, Pakistandakı universitetdə iki partlayış baş vermişdi, nəticədə bir nəfər həlak olmuşdu.
Газета.Ру
09.55
Üç silahlı şəxs yanvarın 20-də Pakistanın Heybər-Pahtunhva əyalətinin Çarsadda şəhərində universitetə hücum edib.
Terrorçular auditoriyalara və yataqxana otaqlarına soxularaq atəş açıblar.İlkin məlumata görə, bir nəfər ölüb, altı nəfər yaralanıb. Ümumilikdə universitetdə 3 minədək tələbə təhsil alır.
Polis iki partlayışın törədildiyi barədə məlumat yayıb. Güc strukturlarının əməkdaşları hadisə yerinə toplaşırlar.
Qeyd edək ki, Heybər-Pahtunhva Pakistanın ən kasıb əyalətlərindən biridir. Əyalətin ərazisində Taliban döyüşçüləri aktiv fəaliyyət göstərirlər.
РИА Новости