Bakı Olimpiya Stadionunun tikintisində iştirak edən şirkət ləğv olunub
“Anel Telekomünikasyon Elektronik Sistemləri Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycandakı filialı ləğv olunub.
1news.az xəbər verir ki, “Vergilər” qəzetindən “APA-Economics”ə verilən məlumata görə, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, ev 21, mənzil 41 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, şirkət 18 ay ərzində Bakı Olimpiya Stadionunda elektrik və mexanika işlərini görüb.
1news.az
810