“Koton” Bakının mərkəzindəki iki mağazasını bağladı – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Koton” Bakının mərkəzindəki iki mağazasını bağladı – FOTO

14:00 - 21 / 01 / 2016
“Koton” Bakının mərkəzindəki iki mağazasını bağladı – FOTO

“Koton” mağazalar şəbəkəsi paytaxt mərkəzindəki 2 mağazasının bağlanması haqqında açıqlama verib.

“Hazırda mövcud olan bazar şəraitinə görə bəzi addımlar atmağa məcbur olduq. Bakıda Fontanlar meydanında ( Əziz Əliyev küç. 11) ilk açılan Koton mağazasını, həmçinin, Azərbaycan pr.14-də yerləşən mağazanın bağlanılması haqqında qərar qəbul etmək asan olmadı.

Lakin biz ümid edirik ki, bu məsuliyyətli qərar Koton brendinin bizim bazardakı mövqeyini daha da möhkələndirəcək və yaxşılaşdıracaq”,- deyə, Koton mağazalar şəbəkəsinin mətbuat xidmətinin rəhbəri Rüfət Ağayev deyib.

Onun sözlərinə görə, 2 mağaza bağlansa da, brend “Park Center”, “Park Bulvar”, “Metropark” kimi ticarət mərkəzlərində fəaliyyət göstərir. Bundan başqa Kotonun  Gəncə Şəhərində də mağazası var.

Yaxın zamanlarda “Ganjlik Mall”-da yeni mağazanın açılışı gözlənilir.

Qeyd edək ki, “Koton” - türk geyim brendi Avropada da papulyardır. Bu brendin ilk mağazası 1988-ci ildə İstanbul şəhərində açılıb. Hal-hazırda şirkət təkçə Türkiyədə deyil, həm də bütün dünyada inkişaf etmiş ticarət şəbəkəsinə sahibdir.     

1news.az

 

Paylaş:
7492

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər