Bakı məktəblərindən birində müəllimin döyülməsi faktına aydınlıq gətirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı məktəblərindən birində müəllimin döyülməsi faktına aydınlıq gətirilib

15:15 - 21 / 01 / 2016
Bakı məktəblərindən birində müəllimin döyülməsi faktına aydınlıq gətirilib

Bu günlərdə Bakı şəhəri Xətayi rayonunda yerləşən 64 № li məktəbin ingilis dili müəllimi Xuraman Quliyevanın naməlum şəxs tərəfindən döyülməsi ilə bağlı KİV-də məlumat yayılıb.

Baş verən hadisəni aydınlaşdırmaq məqsədilə  1news.az məktəbin direktoru Rafael Mehdiyevlə görüşdü.

“Əslində 28 dekabrda müəllim ilə məktəbin 9-cu sinif şagirdi Badamxanım Hacıyeva arasında mübahisə baş verib. Hadisəni araşdırmaq üçün məktəbə gələn valideynlə müəllim arasında  konflikt yaşanıb. Hadisədən sonra müəllim həddindən artıq əsəbiləşdiyinə görə təcili yardım çağırıb, həm də polisə xəbər verib.

R. Mehdiyevin sözlərinə görə, insidentdən sonra şagirdin valideyni məktəbə çağırılıb və müəllimdən üzr istəyib.

Direktor qeyd etdi ki, hal hazırda müəllim ilə şagird arasında heç bir problem yoxdur.

“Bu artıq unudulmuş hadisədir, kimsə bu informasiyanı qəsdən onu şişirdərək yayıb”, - deyə, o, bildirib.

1news.az

Paylaş:
548

Son xəbərlər

Bütün xəbərlər