Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Sumqayıtda vətəndaşları qəbul edəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Sumqayıtda vətəndaşları qəbul edəcək

16:01 - 21 / 01 / 2016
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Sumqayıtda vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşları qəbulu davam edir.

1news.az-ın komitəyə istinadla verdiyi xəbərə görə, yanvarın 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Sumqayıtda bu şəhərin, eləcə də Abşeron, Xızı, Qubadlı və Zəngilan  rayonlarının sakinlərini qəbul edəcək.

Qəbul Sumqayıt şəhərindəki Tarix Muzeyində (Sumqayıt şəhəri, 4-cü mikrorayon, Heydər Əliyev prospekti) saat 10:00-da keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Sumqayıt bölgəsi  üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.

1news.az

Paylaş:
503

Son xəbərlər

Bütün xəbərlər