Bakı sakininin evindən 2 ov tüfəngi götürüldü | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı sakininin evindən 2 ov tüfəngi götürüldü

16:30 - 21 / 01 / 2016
Bakı sakininin evindən 2 ov tüfəngi götürüldü

Evində qanunsuz olaraq silah saxlayan Bakı sakini saxlanılıb.

1news.az-ın məlumatına görə, Bakı Şəhər Baş Polis İdarəsi Cinayət Axtarışı idarəsi əməkdaşlarının yanvarın 12-də həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Vüsal Ağayevin Balaxanı qəsəbəsindəki evindən lüləsi və qundağı kəsilmiş, nömrəsi silinmiş ov tüfəngi və 13 ədəd patron aşkar edilərək götürülüb.

V.Ağayevin yaxınlarından biri “TOZ-8” markalı nömrəsi silinmiş ov tüfəngini və ona aid nişangahı könüllü olaraq BBPİ-yə təhvil verib və bu silahın da V.Ağayevə məxsus olmasını bildirib.

1news.az

Paylaş:
526

Son xəbərlər

Bütün xəbərlər