Payızlıq bitkilərin əkin sahəsi artıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Payızlıq bitkilərin əkin sahəsi artıb

17:09 - 21 / 01 / 2016
Payızlıq bitkilərin əkin sahəsi artıb

Təsərrüfatlarda 2016-cı ilin məhsulu üçün payızlıq bitkilərin kütləvi səpini davam edir.

1news.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, cari il dekabr ayının 1-i vəziyyətinə 867,9 min hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilib.

Səpilmiş sahənin 98,2 faizini və yaxud 852385 hektarını dən üçün payızlıq bitkilər təşkil edib ki, onun da 535206 hektarı buğda, 317150 hektarı arpa, 29 hektarı isə çovdar əkinlərinin payına düşür.

2014-cü ilin eyni dövrü ilə müqayisədə dən üçün payızlıq bitkilərin əkin sahəsi 5,7 faiz, o cümlədən buğdanın əkin sahəsi 6,4 faiz, arpanın əkin sahəsi 4,4 faiz, çovdarın əkin sahəsi isə 2,6 dəfə artıb.

1news.az

Paylaş:
805

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər