İqtisadiyyat naziri Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb
İqtisadiyyat naziri Şahin Mustafayev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İrfan Siddiqi qəbul etmişdir.
1news.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə Azərbaycan hökumətinin islahatlar proqramı barədə məlumat verilmiş və bu sahədə Böyük Britaniya ilə əməkdaşlıq imkanları müzakirə edilmişdir.
Görüşdə həmçinin, Azərbaycan və Böyük Britaniya arasında mövcud iqtisadi əlaqələrə və əməkdaşlığın genişləndirilməsi perspektivlərinə, eləcə də bu ilin 10-11 fevral tarixində Londonda keçiriləcək Azərbaycan Respublikası Hökuməti və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 1-ci iclasının gündəliyinə dair fikir mübadiləsi aparılmışdır.
1news.az