BDU-da alt qruplarda təhsil alan tələbələr ödənişdən azad olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

BDU-da alt qruplarda təhsil alan tələbələr ödənişdən azad olunub

22:22 - 21 / 01 / 2016
BDU-da alt qruplarda təhsil alan tələbələr ödənişdən azad olunub

Bakı Dövlət Universiteti (BDU) elmi şurasının iclasında fevral ayından başlayaraq normativ təhsil müddətində alt qruplarda (yay məktəbi istisna olmaqla) oturan tələbələrin əlavə kreditlər üzrə təhsil haqqının BDU-nun daxili imkanları hesabına ödənilməsi məsələsi müzakirə edilib.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, çıxış edən alimlər Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlətimizin başçısının insanlar üçün bütün lazımi şəraitin yaradılması barədə tapşırıqlarını əsas götürüblər.

Sonda elmi şura üzvləri alt qruplarda təhsil alan tələbələrin ödənişdən azad olunmaları barədə qərar qəbul ediblər.

1news.az

Paylaş:
577

Son xəbərlər

Bütün xəbərlər