Su İdmanı Sarayından ilk aksiya – “Dost dosta tən gərək” – FOTO

Su İdmanı sarayı ilk dəfə olaraq əhaliyə yeni aksiya təqdim edir.
1news.az-ın məlumatına görə, “Dost dosta tən gərək” adlanan bu aksiyada istənilən şəxs iştirak edə bilər. Belə ki, dostu ilə birlikdə abunəlik əldə edən hər kəs həm özü, həm də dostu üçün bonus günlər qazanır. Abunəliyin müddətindən asılı olaraq bonus günlərin sayı 7, 10, 14 gün, hətta 1 ay təşkil edir.
Qeyd edək ki, Su İdmanı Sarayında abunəlik əldə edən hər kəs kompleksdə təqdim olunan Mini funksional treninq, Zumba, Pilates, İnterval treninq, Yoqa, TBC, Be-fit, GAL, Krossfit, Sayklinq, Campinq, İntensiv Şeypinq, Ciu-citsu, Stretçinq, ABS/Press, Akva Aerobika, Akva Gym, Akva TBC və s. kimi dərslərə tamamilə pulsuz giriş əldə edir.
Su İdmanı Sarayı sağlam həyat tərzinə üstünlük verən və ideal bədən quruluşuna sahib olmaq istəyən hər kəsi “Dost dosta tən gərək” kampaniyasına qoşulmağa dəvət edir.
Məlumat üçün bildirək ki, respublikanın ən iri idman komplekslərindən biri olan Su İdmanı Sarayı qapılarını həm uşaq, həm də böyüklər üçün açıb. Ümumi sahəsi 2500 m2 olan fitnes mərkəzi müxtəlif idman növləri üçün nəzərdə tutulub. Ümumilikdə 8 zalı olan fitnes mərkəzində əlavə olaraq rəqs, yoqa, pilates, zumba, sayklinq qrupları və s. məşqlər üçün 1500 m2 sahə ayrılıb.
Su İdmanı Sarayında həm peşəkar, həm də həvəskar üzgüçülər üçün nəzərdə tutulmuş və regionda analoqu olmayan hovuzlar ən son texnologiya və standartlara uyğun olaraq tikilib. Hovuzun suyu daimi olaraq dövriyyə prosesi zamanı xüsusi avadanlıqlarla təmizlənir, dərinlik isə müasir texnologiya ilə tənzimlənir.
Mərkəzdə həmçinin qadın, kişi və uşaqlar üçün nəzərdə tutulmuş gözəllik salonu, SPA, terapiya və masaj kabinələri, uşaq guşəsi və xüsusi dietik menyu təqdim olunan restoran fəaliyyət göstərir.
Kompleksin ətrafında 500 avtomobilin dayanacağı üçün nəzərdə tutulmuş parkinq də mövcuddur.
1news.az