Azərbaycanın bəzi rayonlarında qaz təchizatına məhdudiyyət qoyulacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanın bəzi rayonlarında qaz təchizatına məhdudiyyət qoyulacaq

10:38 - 21 / 01 / 2016
Azərbaycanın bəzi rayonlarında qaz təchizatına məhdudiyyət qoyulacaq

Yanvarın 21-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Astara Magistral qaz kəmərləri sahəsinin “Alvadı”, ''Göytəpə'', ''Cəlilabad'', ''Azadkənd'' ''Nərimankənd'', ''Qaratəpə'', ''Axundov'', ''Sabirabad'', ''Otuzikilər'', ''Saatlı'', ''İmişli'', ''Qaraçala'' və “Əlillər” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında carı təmir işləri aparılacaq.

1news.az Socar-a istinadən xəbər verir ki, təmir müddətində Masallı rayonun Təzə Alvadı, Köhnə Alvadı kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin İmişli və Saatlı rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

1news.az

Paylaş:
537

Son xəbərlər

Bütün xəbərlər