Bakıda çoxmərtəbəli binada yanğın olub

Bakıda yerləşən çoxmərtəbəli binaların birində yanğın olub.
1news.az-ın məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat veriblər.
Məlumata görə, Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan 3 otaqlı mənzilin dəhlizində 0,5 kv.m sahədə döşəmə yanıb.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
1news.az
485