Prezidentin sosial müavinətlərin və təqaüdlərin artırılması barədə fərmanları 489 min nəfəri əhatə edir | 1news.az | Xəbərlər
Cəmiyyət

Prezidentin sosial müavinətlərin və təqaüdlərin artırılması barədə fərmanları 489 min nəfəri əhatə edir

11:33 - 21 / 01 / 2016
Prezidentin sosial müavinətlərin və təqaüdlərin artırılması barədə fərmanları 489 min nəfəri əhatə edir

Dünyada kəskin xarakter alan böhran prosesləri fonunda ölkəmizdə əhalinin dövlət tərəfindən etibarlı sosial müdafiəsinin təmin edilməsi yönündə ardıcıl islahatlar həyata keçirilir.

1news.az-ın məlumatına görə, Prezident İlham Əliyev iqtisadi və sosial məsələlərin həlli ilə bağlı bu günlərdə keçirilən müşavirədə də mövcud iqtisadi şəraitdə ilk növbədə insanların sosial müdafiəsi məsələlərinin daim diqqətdə saxlanılmasının vacibliyini bir daha bəyan edib.

Dövlət başçısı tərəfindən bu məqsədlə son bir neçə gündə ardıcıl olaraq sosial müdafiə xarakterli  fərman və sərəncamlar imzalanaraq, ölkədə əmək pensiyaçılarına, məcburi köçkünlərə, 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə, şəhid ailələrinə dövlət tərəfindən ödənilən sosial ödənişlərin, habelə ayrı-ayrı sahələrdə çalışan işçilərin əmək haqlarının artırılması təmin olunub.  

Bu istiqamətdə növbəti addımlar kimi, Prezident İlham Əliyev tərəfindən yanvarın 19-da sosial müavinətlərin və müharibə əlillərinə Prezident təqaüdlərinin artırılmasını nəzərdə tutan daha iki Fərman imzalanıb.

Azərbaycan Respublikası Prezidentinin “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün artırılması və “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 19 yanvar 2016-cı il tarixli Fərmanı müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsinin daim diqqət mərkəzində olduğunu göstərir.

Fərmanda müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2016-cı il fevralın 1-dən 10 faiz artırılmaqla, bu təbəqədən olan I qrup əlillər üçün 165 manat, II qrup əlillər üçün 143 manat, III qrup əlillər üçün 110 manat müəyyən edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, fərman müharibə əlilləri və onlara bərabər tutulan şəxslərdən ibarət ümumilikdə 19 000 nəfərdən çox vətəndaşa şamil olunacaq. Onlardan 12 616 nəfəri Qarabağ müharibəsi əlilləridir. Bu artımın təmin edilməsi üçün ilin sonunadək dövlət büdcəsindən 2,7 milyon manat vəsait xərclənəcək.

Son iki ildə artıq ikinci dəfədir ki, müharibə əlillərinə, o cümlədən Qarabağ müharibəsi əlillərinə Prezident təqaüdü artırılır. 2014-cü ilin əvvəli ilə müqayisədə həmin təqaüdlərin orta aylıq məbləğində 61 faizdən çox artım özünü göstərib.

Dövlət başçısının “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” 19 yanvar 2016-cı il tarixli Fərmanı isə əhalinin rifah halını yaxşılaşdırmaq və sosial müdafiəsini gücləndirmək məqsədilə sosial müavinətlərin məbləğinin 2016-cı il fevralın 1-dən orta hesabla 10 faiz artırılmasını nəzərdə tutur.

Sənədin ölkədə dövlət tərəfindən sosial müavinətlə təmin olunan ümumilikdə 453 000 min nəfərədək şəxsi əhatə edəcəyi nəzərdə tutulur. Həmin insanlardan 49 430 nəfəri Qarabağ müharibəsi veteranları, 138 864 nəfəri əlilliyə görə, 13 852 nəfəri yaşa görə, 41 007 nəfəri ailə başçısını itirməyə görə sosial müavinət alanlar, qalanları isə qanunvericilikdə nəzərdə tutulan digər müvafiq təbəqələrdən olanlardır. Bu artımla əlaqədar dövlət büdcəsindən ilin sonunadək 25, 0 milyon manat vəsaitin ayrılması təmin olunacaq. 

Qeyd edək ki, hər iki fərmanla müharibə əlillərinə (o cümlədən Qarabağ müharibəsi əlillərinə) həm Azərbaycan prezidentinin təqaüdünün, həm də əmək pensiyası almaq hüquqları olmadığı halda əlilliyə görə aldıqları aylıq sosial müavinətin məbləği artırılır. Bu Fərmanların əhatə etdiyi vətəndaşların 62 046 nəfəri məhz Qarabağ müharibəsi əlilləri və veteranlarından ibarətdir.

1news.az

Paylaş:
2358

Son xəbərlər

Murad İsmiyevin növbəti uğuru - FOTO19 / 09 / 2024, 19:12Nəsimidə qəzaya görə yola qoyulan məhdudiyyət aradan qaldırılıb - FOTO - YENİLƏNİB19 / 09 / 2024, 18:27Azərbaycan komandası “Teknofest”də yarışın qalibi olub19 / 09 / 2024, 17:47Silk Way West Airlines Qlobal Hava Yükdaşıma Partnyoru kimi COP29-a qoşuldu19 / 09 / 2024, 17:45İlham Əliyev Ağdam rayonunun Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak edib - YENİLƏNİB19 / 09 / 2024, 17:43Azərbaycanda ötən il ilk dəfə nikaha daxil olanların yaş qrupları açıqlanıb19 / 09 / 2024, 17:35Paytaxtın daha bir küçəsində hərəkət qismən məhdudlaşdırılacaq19 / 09 / 2024, 17:23Suraxanıda saxta yuyucu vasitələr istehsal edən sex aşkarlandı19 / 09 / 2024, 17:10“Neftçi” böhran içində: Kimdir müqəssir, yaxud çıxış yolu nədədir?19 / 09 / 2024, 17:08Muxtar Babayev BMT nümayəndəsi ilə COP29-la bağlı hazırlıq tədbirlərini müzakirə edib19 / 09 / 2024, 17:05Prezident Şuşada Bayraq Meydanının açılışında iştirak edib19 / 09 / 2024, 16:59“Neftçi” Qara Qarayevlə müqaviləyə xitam verib19 / 09 / 2024, 16:46ADY və “TCDD Taşımacılık” Orta Dəhlizlə yükdaşımakların artırılmasını müzakirə edib19 / 09 / 2024, 16:44Dövlət başçısı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra açılışında iştirak edib19 / 09 / 2024, 16:31Prezident Xankəndi şəhərinin Zəfər meydanında Konqres Mərkəzinin tikintisi ilə tanış olub19 / 09 / 2024, 16:19Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışı olub19 / 09 / 2024, 16:17İlham Əliyev Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub19 / 09 / 2024, 16:16“Yaşıl dünya naminə həmrəylik ili audiovizual mediada” mövzusunda seminar keçirilirib19 / 09 / 2024, 16:15Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilib19 / 09 / 2024, 15:59İqlim qəhrəmanları - FOTO19 / 09 / 2024, 15:56
Bütün xəbərlər