Keçən il Vergi Apellyasiya Şurası tərəfindən 54 müraciətə baxılıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Keçən il Vergi Apellyasiya Şurası tərəfindən 54 müraciətə baxılıb

11:40 - 21 / 01 / 2016
Keçən il Vergi Apellyasiya Şurası tərəfindən 54 müraciətə baxılıb

2015-ci il ərzində Vergilər Nazirliyinin Vergi Apellyasiya Şurasının icraatında 54 müraciət olub.

1news.az-ın nazirliyə istinadən verdiyi xəbərə görə, 1 müraciət 2014-cü ildən qalıq qalıb, 53 müraciət isə 2015-ci il ərzində daxil olub.

Şuranın icraatında olmuş müraciətlərdən 22-si kameral vergi yoxlamasının, 15-i səyyar vergi yoxlamasının, 15-i operativ vergi nəzarətinin nəticələri və 2-si isə  digər məsələlərlə bağlı olub.

Şuranın icraatında olmuş 54 müraciətdən 49-una “Azərbaycan Respublikasının Vergi Məcəlləsi”nin, “İnzibati icraat haqqında” qanunun, “Vergilər Nazirliyinin Vergi Apellyasiya Şurası haqqında Əsasnamə”nin və digər aidiyyəti hüquqi aktların tələblərinə uyğun baxılaraq müvafiq qərarlar qəbul edilib, 5 müraciət isə 2016-cı ilə keçib.

Şurada baxılaraq müvafiq qərarlar qəbul edilmiş 49 müraciətin 27-si tam və ya qismən təmin edilib, 14-ü təmin edilməyib, 4-ünün icraatına xitam verilib, 3-ü baxılmadan saxlanılıb, 1-nin isə müddəti uzadılıb.

Şura tərəfindən baxılmış 49 müraciətdən 46-sı vergi ödəyicisinin təkrar şikayəti üzrə, 3-ü isə vergi orqanının müraciəti üzrə olub.

1news.az

Paylaş:
851

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər