ABŞ İranla raket proqramı ilə bağlı danışıqları istisna etmir
ABŞ Dövlət Departamentinin nümayəndəsi Mark Tonerin sözlərinə görə, Vaşinqton Tehranla raket proqramı ilə bağlı danışıqları istisna etmir, lakin hər şey İrandan asılıdır.
“Mən heç bir müzakirəni istisna etmirəm. İranın dəyişikliklərinə qarşı hazır olmalıyıq. İranla nüvə proqramında olduğu kimi, raket proqramının müzakirələrində də analoji danışıqlar aparılacaq”, – Toner brifinqdə sualları cavablandırarkən bildirib.
Xatırladaq ki, İran yanvarın16-da ölkəyə qoyulmuş sanksiyaların bir çoxundan azad olundu. Elə həmin gün MAQATE məruzə etdi ki, nüvə potensialının aşağı salınması ilə bağlı İran şərtlərə hazırdır. Daha sonra isə, Avropa Birlyi və ABŞ nüvə proqramı ilə əlaqədar İrana qoyulmuş iqtisadi və maliyyə sanksiyalarının ləğvini təsdiq etdilər.
РИА Новости