Prezident İlham Əliyev: “Ölkəni irəliyə aparan, inkişaf etdirən insanların intellektual potensialıdır” – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Prezident İlham Əliyev: “Ölkəni irəliyə aparan, inkişaf etdirən insanların intellektual potensialıdır” – FOTO

14:31 - 22 / 01 / 2016
Prezident İlham Əliyev: “Ölkəni irəliyə aparan, inkişaf etdirən insanların intellektual potensialıdır” – FOTO

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 26-cı cildi çapdan çıxıb.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbər görə, nəşrin bu cildi Azərbaycan Prezidenti İlham Əliyevin Qara Dəniz Təşəbbüs qrupunun üzvləri ilə görüşünə dair materialla başlayır.

Dövlətimizin başçısının sərlövhəyə çıxarılmış fikri onun Bakının Buzovna qəsəbəsinin Albalılıq yaşayış sahəsində tikilmiş 322 nömrəli orta məktəbin açılış mərasimindəki nitqindən götürülüb. Prezident deyib: “Ölkəni irəliyə aparan, inkişaf etdirən birinci növbədə insanların intellektual potensialıdır. Bu da ki, Azərbaycanda var. Azərbaycan xalqı çox istedadlı xalqdır. Bizim xalqımızın nümayəndələri bütün sahələrdə çox böyük uğurlar əldə etmişlər. Mən çox istəyirəm ki, indiki səviyyədə, indiki şəraitdə, Azərbaycanın müstəqillik dövründə ölkəmiz daha da güclənsin, qüdrətlənsin, bölgədə və dünyada öz yerini möhkəmləndirsin. İndi bu proses gedir və sürətlə gedir. Həm iqtisadi artım, həm siyasi proseslərin müsbət məcrada inkişaf etməsi və həm də ilk növbədə peşəkar kadrların hazırlanması. Bu proses orta məktəbdən başlayır, ondan sonra ali məktəblərdə davam etdirilir.

Bildiyiniz kimi, indi biz ən istedadlı, layiqli tələbələri dövlət xətti ilə xaricə, aparıcı ali məktəblərə oxumağa göndəririk ki, onlar dünyanın ən qabaqcıl təhsil səviyyəsinə çata bilsinlər. Bütün bunlara böyük vəsait lazımdır və bu vəsaiti biz təmin edirik. Çünki bilirik ki, bu, Azərbaycan xalqının gələcəyi, Azərbaycan dövlətinin möhkəmlənməsi məsələsidir. Biz bunu təmin etmək üçün əlimizdən gələni əsirgəmirik ki, doğma Vətənimiz daha da güclənsin, daha da qüdrətlənsin və Azərbaycan öz milli maraqlarını tam şəkildə təmin edə bilsin”.

Çoxcildliyin bu kitabına daxil olan materiallar 2007-ci ilin avqustundan oktyabrınadək olan dövrü əhatə edir.

Bu cilddə Azərbaycan Prezidenti İlham Əliyevin Vilnüsdə energetika sahəsində təhlükəsizlik məsələlərinə həsr edilmiş “Məsul tərəfdaşlar üçün məsul energetika” mövzusunda konfransda və Azərbaycan-Xorvatiya biznes forumunda çıxışları, Demokratiya və İqtisadi İnkişaf uğrunda Təşkilatın – GUAM-ın üzvü olan ölkələrin dövlət başçılarının bu qurumun yaradılmasının 10 illiyinə həsr olunmuş görüşdə nitqi və digər materiallar verilib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin bu nəşrində dövlətimizin başçısının Litvaya rəsmi, Rumıniya, Tacikistan və İrana işgüzar səfərləri zamanı bu ölkələrin dövlət və hökumət başçıları ilə danışıqları, ölkələrimiz arasında ikitərəfli əlaqələrin, beynəlxalq əməkdaşlığın daha da möhkəmləndirilməsinə və genişləndirilməsinə, eyni zamanda, Bakıya rəsmi səfərə gəlmiş Xorvatiya Prezidenti Stepan Mesiç və Qətər Dövlətinin Əmiri Şeyx Həməd bin Xəlifə Al-Tani ilə keçirdiyi görüşlərə, danışıqlara dair materiallar, habelə məktubları dərc olunub.

Nəşrdə dövlətimizin başçısının regionların sosial inkişaf proqramının həyata keçirilməsi ilə əlaqədar çıxışları, nitq və tövsiyələri və digər materiallar öz əksini tapıb.

Bu cilddə Azərbaycan Prezidentinin, həmçinin Bakıya səfərə gəlmiş bir sıra beynəlxalq təşkilatların nümayəndələri ilə görüşləri, kütləvi informasiya vasitələrinə müsahibələri, bəyanatları və s. yer alıb.

Kitaba “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri də daxil edilib.

“Azərnəşr” tərəfindən buraxılan 26-cı cildin hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) materiallarından istifadə olunub.

AZƏRTAC

 

Paylaş:
637

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilibBu gün, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparırBu gün, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTOBu gün, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırışBu gün, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edibBu gün, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJBu gün, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaqBu gün, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıbBu gün, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıbBu gün, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşübBu gün, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilibBu gün, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılırBu gün, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaqBu gün, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənirBu gün, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdiBu gün, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldıBu gün, 15:11Goranboyda qadın bıçaqlanıbBu gün, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTOBu gün, 14:19Qubada iki avtomobil toqquşubBu gün, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olubBu gün, 14:02
Bütün xəbərlər