Əmlak alqı-satqısında vasitəşilik edən şəxsin qanunsuz əməlləri ifşa edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Əmlak alqı-satqısında vasitəşilik edən şəxsin qanunsuz əməlləri ifşa edilib

18:11 - 22 / 01 / 2016
Əmlak alqı-satqısında vasitəşilik edən şəxsin qanunsuz əməlləri ifşa edilib

Əmlak alqı-satqısı ilə məşğul olan Samir Rzayevin qanunsuz əməlləri barədə Bakı şəhər sakininin müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

1news.az-ın məlumatına görə, araşdırma zamanı əmlak alqı-satqısında vasitəçiliklə məşğul olan S.Rzayevin saxta sənədlər əsasında “Günəş Holdinq” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı şəhəri, Z.Əhmədbəyov küçəsində inşa edilmiş yaşayış binasında ümumi sahəsi 212 kvadrat metr olan 4 otaqlı mənzilin Bakı şəhər sakininə satılması  adı ilə onu aldadaraq 145 min manat pulu və dəyəri 120 min manat olan Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən şəxsi evininin satılmasına hüquq verən notarial qaydada təsdiq olunmuş etibarnaməni almaqla özgə əmlakını ələ keçirməsinə şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanılıb.

Hazırda cinayət işi üzrə ibtidai istintaq hərəkətləri davam etdirilir.

1news.az

 

Paylaş:
498

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər