AFFA rəhbərliyi UEFA-nın tədbirində iştirak edib | 1news.az | Xəbərlər
Futbol

AFFA rəhbərliyi UEFA-nın tədbirində iştirak edib

18:37 - 22 / 01 / 2016
AFFA rəhbərliyi UEFA-nın tədbirində iştirak edib

Bu gün İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil qərargahında Avropa futbol təşkilatının üzvü olan 54 milli assosiasiyanın prezident və baş katiblərinin iştirakı ilə informasiya mübadiləsi xarakteri daşıyan iclas keçirilib.

1news.az-ın məlumatına görə, yanvarın 21-də və 22-də növbəti iclasını keçirən UEFA-nın İcraiyyə Komitəsi qəbul olunan yeni qərarlarla bağlı milli assosiasiyaların nümayəndələrinə məlumat verib.

FIFA prezidenti vəzifəsinə namizəd Gianni İnfantino seçki proqramını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədov tədbirdə iştirak ediblər.

1news.az

 

Paylaş:
850

Son xəbərlər

Bütün xəbərlər