Kristin Laqard yenidən BVF-nin baş direktoru olmağa namizəddir
Beynəlxalq Valyuta Fondunun (BVF) baş direktoru xanım Kristin Laqard yenidən bu posta namizəd olduğunu açıqlayıb.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, “France 2” telekanalına müsahibəsində K.Laqard deyib:
“Bəli, BVF-nin baş direktorluğuna ikinci dəfə namizədəm. Prosesin başlanğıcından bu vaxtadək Fransa, Birləşmiş Krallıq, Almaniya, Çin və Koreya Respublikasının dəstəyini almaqdan qürur duyuram”.
Qeyd edək ki, Fransanın eks-prezidenti Nikola Sarkozi hökuməti dövründə maliyyə naziri olan K.Laqard Dominik Straus-Kanın vəzifədən getməsindən sonra 2011-ci ildə Beynəlxalq Valyuta Fondunun baş direktoru seçilmişdi. Onun vəzifə müddəti iyulun 5-də sona çatır. BVF-nin baş direktorluğuna K.Laqarddan başqa hələ ki heç kim öz namizədliyini irəli sürməyib.
1news.az