Azərbaycana idxal olunan avtomobillərin sayı azalıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycana idxal olunan avtomobillərin sayı azalıb

11:57 - 22 / 01 / 2016
Azərbaycana idxal olunan avtomobillərin sayı azalıb

Keçən il Azərbaycana 26 785 ədəd avtomobil idxal olunub.

1news.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu göstərici 2014-cü illə müqayisədə 36 583 avtomobil və 2,4 dəfə azdır.

 Belə ki, ölkəyə gətirilən avtomobillərin 816 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 23 765 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 1 961 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 243 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

1news.az

Paylaş:
650

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər