“Türk Hava Yolları” İstanbul-Bakı-İstanbul aviareyslərini təxirə salıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Türk Hava Yolları” İstanbul-Bakı-İstanbul aviareyslərini təxirə salıb

12:30 - 22 / 01 / 2016
“Türk Hava Yolları” İstanbul-Bakı-İstanbul aviareyslərini təxirə salıb

Yanvarın 23-də İstanbulda gözlənilən qarlı hava şəraiti ilə əlaqədar “Türk Hava Yolları” (THY) İstanbul-Bakı-İstanbul aviareyslərini təxirə salıb.

1news.az xəbər verir ki, bu barədə “Türk Hava Yolları”nın rəsmi saytında yerləşdirilmiş məlumatda deyilir.

Məlumata görə, yanvarın 23-də İstanbulun Atatürk və Sabiha Gökçen aeroportlarında həyata keçirilən İstanbul-Bakı-İstanbul aviareysləri gözlənilən qarlı hava şəraiti ilə əlaqədar təxirə salınıb.

Qeyd edək ki, hava ilə əlaqədar THY yanvarın 23-də ümumilikdə 109 aviareysi müvəqqəti dayandırıb.

1news.az

Paylaş:
463

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər