Güclü qar səbəbindən ABŞ-da 70 mindən artıq insan işıqsız qalıb
Güclü qar ABŞ-da 70 mindən artıq insanın elektrik enerjisiz qalmasına səbəb olub. Ölkənin şərq regionları dağıntılara məruz qalıb.
Elektrik enerjisi əsasən Şimali və Cənubi Karolina, Kentukki, Qərbi Virciniya ştatlarında kəsilib. Bu ştatlarda baş verən avtomobil qəzaları nəticəsində 10 nəfər həlak olub.
ABŞ Meteorologiya Xidməti güclü qarın ölkəyə bir milyard dollar ziyan vurduğunu proqnozlaşdırıb.
849