Ankara qaçqın probleminin həlli üçün ona 3 milyard avro ödənilməsinə təminat istəyir | 1news.az | Xəbərlər
Dünya

Ankara qaçqın probleminin həlli üçün ona 3 milyard avro ödənilməsinə təminat istəyir

00:59 - 23 / 01 / 2016
Ankara qaçqın probleminin həlli üçün ona 3 milyard avro ödənilməsinə təminat istəyir

Türkiyə hökuməti Avropa İttifaqının qaçqınlar probleminin həlli üçün Ankaraya 3 milyard avro ödəyəcəyinə əmin deyil.

Türkiyənin baş naziri Əhməd Davudoğlu yanvarın 22-də Berlində birinci Almaniya-Türkiyə hökumətlərarası məsləhətləşmələrindən əvvəl bildirib ki, miqrasiya böhranının bütün yükünü onun ölkəsinin öz çiyninə götürəcəyini gözləməyə heç kimin haqqı yoxdur. Baş nazir dpa agentliyinə müsahibəsində deyib:

“Bu, Türkiyənin böhranı deyil və əvvəldən Türkiyəyə heç bir aidiyyəti yoxdur. Bu, Avropanın böhranı olub. Bizim ərazimizdə 2,5 milyon suriyalı və 300 min iraqlı var. Türkiyə qaçqınların ehtiyaclarına artıq 10 milyard dollar xərcləyib. Avropa İttifaqı və dünya birliyi ilə birlikdə hələ çox iş görülməlidir”.

Türkiyənin baş naziri bildirib ki, Ankaranın Brüsseldən almağa ümid bəslədiyi 3 milyard avro rəmzi məbləğdir və “məsuliyyət yükünün bölünməsinə Avropa İttifaqının siyasi əzm” nümayiş etdirməsinə tuşlanıb. O, müsahibəsində vurğulayıb ki, Aİ-yə daxil olmaq Türkiyə hökuməti üçün strateji məqsəddir.

AFR-ın vitse-kansleri Ziqmar Qabriel isə miqrasiya böhranının həlli məsələlərində Türkiyə ilə əməkdaşlığın hazırkı nəticələrindən narazılığını bildirib. Onun sözlərinə görə, Türkiyə hökuməti üzərinə öz sərhədlərini nəzarətdə saxlamaq və qaçqınların öz ərazisi ilə Yunanıstana qanunsuz daşınmasını dayandırmaq öhdəliyi götürüb.

Vitse-kansler SWR ictimai-hüquqi mediaşirkətinə müsahibəsində deyib: “Hələ bu razılaşmaların yerinə yetirildiyini görmürük”. O vurğulayıb ki, Ankara yalnız göstərilən şərtlərə riayət olunacağı təqdirdə Avropa İttifaqından 3 milyard avro almağa ümid bəsləyə bilər.

Elə həmin gün Almaniyanın maliyyə naziri Volfqanq Şoyble bildirib ki, Avropa İttifaqı Türkiyə, Liviya, İordaniya və regionun digər ölkələrinə milyardlarla avronu “mümkün qədər tez” ödəməlidir. AFR-in maliyyə nazirinin fikrincə, bu tədbir Avropa daxilindəki sərhədləri bağlamaq zərurətinin aradan qalxmasında Aİ-yə kömək edəcək.

AZƏRTAC

 

Paylaş:
739

Son xəbərlər

Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTOBu gün, 14:19Qubada iki avtomobil toqquşubBu gün, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olubBu gün, 14:02ƏMDX növbəti torpaq hərraclarını elan edibBu gün, 13:51COP 29 çərçivəsində “City for People in Baku” tədbiri keçirilib - FOTOBu gün, 13:45AYNA “Ukrayna dairəsi”ndə yeni layihə hazırlayıbBu gün, 13:10Azərbaycanda Avrasiya Dağ Kurortları Festivalı keçiriləcəkBu gün, 12:50Azərbaycanda 9 ayda aşkarlanıb blokkanan domenlərin sayı açıqlanıbBu gün, 12:35Şənbə günü hava necə olacaq? - PROQNOZBu gün, 12:33Bakıda gənc oğlan faciəli şəkildə ölübBu gün, 12:29İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edibBu gün, 12:09Hava gəmilərinə uçuşların təhlükəsizliyi ilə bağlı nəzarətin həyata keçirilməsi qaydası təsdiqlənibBu gün, 12:04Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydasında dəyişiklik edilibBu gün, 11:45Danimarka rəsmiləri Carlsberg Azerbaijan zavoduna səfər ediblər - FOTOBu gün, 11:37SİMA minlərlə ağacın qorunmasına töhfə verirBu gün, 11:24Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblərBu gün, 11:11Bu gün görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasından 102 il ötürBu gün, 11:02Bakıda 16 yaşlı qız itkin düşübBu gün, 10:39Sabunçunun bəzi ərazilərində işıq olmayacaqBu gün, 10:27Cari ilin 10 ayında sosial müavinət və Prezident təqaüdü üzrə ödənişlərin məbləği açıqlanıbBu gün, 10:17
Bütün xəbərlər