KİV: Roma Papası Türkiyə ilə münasibətləri gərginləşdirməmək üçün Ermənistana səfər tarixini dəyişdi | 1news.az | Xəbərlər
Dünya

KİV: Roma Papası Türkiyə ilə münasibətləri gərginləşdirməmək üçün Ermənistana səfər tarixini dəyişdi

14:48 - 25 / 01 / 2016
KİV: Roma Papası Türkiyə ilə münasibətləri gərginləşdirməmək üçün Ermənistana səfər tarixini dəyişdi

Roma papası Fransisk bu ilin aprel ayında Ermənistana olan səfərini may ayına yaxud daha gec vaxta keçirib.

1news.az İtaliyanın La Repubblica  nəşrinə istinadən xəbər verir ki, bu qərar Vatikanın Ermənistana olan səfərinin neqativ nəticələrini minimuma endirmək istəyi ilə əlaqədardır.

“Türkiyə vatikandakı səfirini geri çağırmasa da, Roma Papası Ankara ilə münasibətlərin pisləşməsini istəmir” - deyə nəşr yazır.

Qeyd edək ki, aprel ayında Ermənistanda qondarma “erməni soyqırımı”nın ildönümü qeyd olunur. Nəşrin bildirdiyinə görə, bununla əlaqədar olaraq, Roma Papası Ankara ilə onsuzda gərgin olan münasibətləri pisləşdirməmək qərarına gəlib.

1news.az

Paylaş:
743

Son xəbərlər

Əməkdar artist vəfat edib

06 / 06 / 2025, 13:25

Sabahın hava proqnozu

06 / 06 / 2025, 12:05
Bütün xəbərlər