İstanbulda məşhur türk müğənnisinin köməkçisini şantaj edən azərbaycanlı saxlanılıb
İstanbul polisi məşhur müğənni Müazzez Ersoyun köməkçisinikülli miqdarda şanaj edən Azərbaycan vətəndaşını saxlayıb.
1news.az-ın Haberler.com-a istinadla verdiyi xəbərə görə, Azər D. müğənninin oğluna zəng etməyə çalışsa da, dəstəyi onun köməkçisi qaldırıb.
Azərbaycanlı polisə özünü təqdim edərək bəyan edib ki, müğənninin bütün məlumatları terror təşkilatı olan Fəhlə Kürd Partiyasının (PKK) əlindədir və terrorçuları saxlamaq üçün 100 min lirə (33 min dollar) “maliyyə yardımı” lazımdır.
Polisə son ana qədər müğənninin oğlu ilə danışdığını hesab edən dələduz haqda məlumat dərhal daxil olub.
Hüquq mühafizə orqanları Azər D.-nı rüşvət alarkən saxlayıblar.
1news.az
1090