Maliyyə naziri: “Bu il Azərbaycanda inflyasiya 10-12 faiz olacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

Maliyyə naziri: “Bu il Azərbaycanda inflyasiya 10-12 faiz olacaq

10:28 - 25 / 01 / 2016
Maliyyə naziri: “Bu il Azərbaycanda inflyasiya 10-12 faiz olacaq

“Manatın devalvasiyası istehlak bazarında qiymətlərə təsir edib. 2016-cı ildə Azərbaycanda inflyasiya 10 -12% səviyyəsində proqnozlaşdırılır”

1news.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bunu maliyyə naziri Samir Şərifov ANS telekanalına müsahibəsində deyib.

Maliyyə nazirin sözlərinə görə, bu, ölkənin İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış yeni sosial-iqtisadi inkişaf konsepsiyasında nəzərdə tutulub:

“Manatın devalvasiyası istehlak bazarında qiymətlərə təsir edib. Ona görə də bu il inflyasiya 10-12% səviyyəsində gözlənilir”.

2015-ci ildə ölkədə inflyasiya 4%, 2014-cü ildə 1,4%, 2013-cü ildə 2,4%, 2012-ci ildə 1,1%, 2011-ci ildə 7,9%, 2010-cu ildə isə 5,7% olub. Ötən il ərzaq malları 6,1%, qeyri-ərzaq malları isə 3,8% bahalaşıb.

Pullu xidmətlər üzrə tariflər isə 1,2% bahalaşıb.

1news.az

Paylaş:
1123

Son xəbərlər

Əməkdar artist vəfat edib

06 / 06 / 2025, 13:25

Sabahın hava proqnozu

06 / 06 / 2025, 12:05

Çaylarda sululuq artıb

06 / 06 / 2025, 10:14
Bütün xəbərlər