Baş prokuror Xızı, Abşeron, Qubadlı və Zəngilan rayonlarının sakinləri ilə görüşəcək
Baş prokuror Zakir Qaralov yanvarın 29-da saat 11:00-da Xızı rayon prokurorluğunun inzibati binasında vətəndaşları qəbul edəcək.
1news.az-ın məlumatına görə, qəbulda Xızı ilə yanaşı Abşeron, Qubadlı və Zəngilan rayonlarının sakinləri də iştirak edə biləcəklər.
Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Xızı şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin-437-28-79-nömrəli telefonu-və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.
1news.az
921