Bakıda məcburi eniş edən Hindistan hava yolları təyyarəsinin sərnişini ölüb
London - Mumbai reysi ilə hərəkət edən “Air İndia” aviaşirkətinə məxsus təyyarə dünən axşam saatlarında Bakının Heydər Əliyev adına hava limanında məcbura eniş eidib.
1news.az-a "Azərbaycan Hava Yolları" QSC-dənverilən məlumata görə, “Boeing Dreamliner”in məcburi enməsinin səbəbi sərnişuinlərdən birinin vəziyyətinin kəşkin şəkildə pisləşməsi olub.
London-Mumbay marşrutu üzrə uçan, göyərtəsində 246 sərnişin və 11 ekipaj üzvü olan Boeing Dreamliner (B787-800) təyyarəsi sərnişinlərdən birinin halı pisləşdiyindən məcburi eniş etmişdi.
Mətbuat Xidmətindən bildiriblər ki, Böyük Britaniya vətəndaşı olan 72 yaşlı sərnişin hələ təyyarə eniş etməmiş keçinibmiş.
Meyitin təhvil verilməsi məsələsi yaxın saatlarda həll ediləcək.
Mətbuat Xidmətindən qeyd ediblər ki, təyyara Mumbaya səhər saat 07:00-da uçub.
1news.az