Bakıda sərnişin avtobusu daşa basıldı, yaralananlar var - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda sərnişin avtobusu daşa basıldı, yaralananlar var - FOTO

20:43 - 26 / 01 / 2016
Bakıda sərnişin avtobusu daşa basıldı, yaralananlar var - FOTO

Süleyman Rüstəm və Dilarə Əliyeva küçələrinin kəsişməsində "Baku Bus" ASC-nin 14 nömrəli  3 sərnişin avtobusuna hücum olub.

1news.az xəbər verir ki, naməlum şəxslər avtobusa daş ataraq, şüşələri qırıb. Nəticədə, bir neçə nəfər zərər çəkib.

"Baku Bus" ASC xəbərdarlıq edir ki, Baku Bus sərnişinlərinə və mülkiyyətinə zərər verən hər kəs qanun qarşısında cavab verəcək.

Xatırladaq ki , dünən analoji hal sərnişin qatarı ilə baş verib. Şəmkir rayonu yaxınlığında Bakı- Qazax- Böyük-Kəsik marşrutu üztə hərəkət edən qatara hücum təşkil olunub. Naməlum şəxslər qatarı daşa basaraq 15 şüşəni qırıb.

1news.az

Paylaş:
627

Son xəbərlər

Bütün xəbərlər