Azad Rəhimov Qubada vətəndaşları qəbul edəcək | 1news.az | Xəbərlər
İdman

Azad Rəhimov Qubada vətəndaşları qəbul edəcək

12:55 - 27 / 01 / 2016
Azad Rəhimov Qubada vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri Azad Rəhimov fevralın 12-də Quba rayonunda vətəndaşları qəbul edəcək.

Nazirliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, saat 11:00-da Quba şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (Heydər Əliyev parkının ərazisi) başlanacaq qəbulda Quba ilə yanaşı Qusar, Siyəzən, Şabran və Xaçmaz rayon sakinləri də iştirak edəcəklər.

Qeyd edək ki, bundan öncə 18 yanvar tarixində nəzərdə tutulmuş qəbul təxirə salınıb və   fevralın 12-nə keçirilib.

Qəbul üçün vətəndaşların qeydiyyatı yanvarın 27-dən fevralın 11-dək saat 09:00-18:00 arası aparılacaq. Qəbula gəlmək istəyən vətəndaşlar aşağıdakı rayonların gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.

Quba - 050-200-27-37; 070-202-27-37

Qusar - 055-435-76-16; 070-317-24-13

Siyəzən - 050-569-43-76

Şabran - 050-351-79-05; 055-612-26-62

Xaçmaz - 050-270-80-60

1news.az

Paylaş:
653

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər