Prezident İlham Əliyev BMT-nin baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyev BMT-nin baş katibinin müavini və BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının icraçı katibi xanım Şamşad Axtarı qəbul edib.
Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla xəbər verir ki, görüşdə Azərbaycan ilə BMT arasında əlaqələrin inkişafından məmnunluq ifadə edilib, xanım Şamşad Axtarın ölkəmizə bu səfərinin əlaqələrimizin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyəti qeyd olunub.
Söhbət zamanı regional əməkdaşlığın genişləndirilməsinin önəmi vurğulanıb, dünyada mövcud olan maliyyə böhranı şəraitində iqtisadiyyatın şaxələndirilməsinin əhəmiyyətindən danışılıb, Azərbaycanda bu istiqamətdə işlərin uğurla həyata keçirildiyi bildirilib.
Eyni zamanda, görüşdə Azərbaycan-BMT əməkdaşlığının perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
President.az