Tbilisinin “təbii qaz yarışı”: Kaxa Kaladzenin Bakı səfəri haqqında | 1news.az | Xəbərlər
Köşə

Tbilisinin “təbii qaz yarışı”: Kaxa Kaladzenin Bakı səfəri haqqında

17:55 - 08 / 02 / 2016
Tbilisinin “təbii qaz yarışı”: Kaxa Kaladzenin Bakı səfəri haqqında

Gürcüstana əlavə qaz nəqli hələ də qalmaqallı xarakter daşıyır. Hələ ki aydın deyil, bu ölkənin hakimiyyəti “Qazprom”un təklifini necə dəyərləndirəcək. Qeyd edək ki, bu təklif əhalinin narazılığına səbəb olub və Gürcüstan müxalifətinin iştirakı ilə aksiyalara gətirib çıxarıb.

Xatırladaq ki, hazırda Azərbaycan Gürcüstanın əsas təbii qaz təminatçısıdır.Qaz SOCAR tərəfindən hasil olunur. Bundan əlavə, Gürcüstan Cənub Qafqaz boru xətti vasitəsilə “Şahdəniz” yatağından da qaz əldə edir.

Gürcüstan il ərzində 2 milyard kubmetr qazdan istifadə edir. Respublikaya həmçinin, Ermənistana qaz tranzitinin əvəzi olaraq Rusiya qazı daxil olur. Bu əməliyyatdan Gürcüstana ümumi qaz nəqlindən 10 faiz qalır.

Xatırladaq ki, hələ ötən il Gürcüstan hökumtəti bildirib ki, ölkədə təbii qaz tələbatı artdığından  əlavə qaz nəqlinə ehtiyac var.

Yeri gəmişkən həmin dövrdə, Gürcüstan müxalifəti, xüsusən Vahid Milli Hərəkat (eks-prezident M.Saakaşvilinin partiyası) “Qazprom”un təklifinin əleyhinə çıxış edərək Azərbaycan əlavə Rusiya qazı olmadan da “mavi yanacaq” çatışmazlığını aradan qaldıra bilər.

Bununla yanaşı, müxalifət hazırkı energetika naziri Kaxa Kaladzeni Rusiyanın təbii qaz nəhənginin maraqlarına lobbilçilikdə günahlandırır. Gürcüstan informasiya mənbələrinin məlumatına görə o, “Azərbaycan qış mövsümündə yaranan təbii taz ehtiyacını ödəyə bilmir” bəyanatını yaymışdı.

Gürcüstan energetika naziri Kaxa Kaladzenin ötən həftə Bakıya səfəri Gürcüstan hökumətinin Azərbaycan qazının Gürcüstana ixracı ilə bağlı planlarına aydınlıq gətirdi.

Kaladzenin səfərinin nəticələri göstərir ki, gürcü tərəfi “Şahdəniz” yatağından təbii qaz nəqlini artırmaq niyyətndədir.

Gürcüstan KİV-in məlumatına görə Kaxa Kaladzenin Bakıya işçi səfərindən sonra o, mətbuata bildirib ki, hökumət Cənub Qafqaz boru kəməri vasitəsilə Azərbaycanda əlavə mavi yanacaq almağa hazırdır.

Xatırladaq ki, hazırda Gürcüstana sutkada 11 milyon kubmetr  təbii qaz daxil olur. Bunun 6 milyonu “Qazax” boru kəmərindən keçən Azərbaycan qazının payına, 3.2 milyonu “Şahdağ-1” fazası çərçivəsində (Cənubi Qafqaz borukəmərinin- CQB), 1.5-2 milyon kubmetr isə Rusiya qazının nəqlinə görə tranzit haqqı olaraq  Gürcüstana daxil olur. 

Nazir qeyd edib ki, CQB ilə əlavə qaz nəqli məsələsi aktiv fazadadır. Lakin hələ ki razılıq əldə olunmayıb. Razılıq əldə olunduqdan sonra Gürcüstana Rusiyadan əlavə qaz nəqli lazım olmayacaq.

Öz növbəsində SOCAR-dan bildirilib ki, danışıqlar zamanı Cənub Qaz Kəmərinin qalan hissəsinin tikintisi məsələsi, həmçinin Azərbaycan qazının Gürcüstana nəqlində yaranan problemlər və onların həlli məsələsi müzakirə olunub.

Yaranan vəziyyəti şərh edən Bakıdakı və Tbilisidəki bəzi ekspertlər təbii qaz yarışına energetik dəyərindən daha çox siyasi rəng verir.

Onların fikincə Gürcüstanın hansısa kritik qaz çatışmazlığı həcmindən danışmasına ciddi səbəbi yoxdur. Guya Azərbaycan tərəfi bunu ödəmək imkanında deyil.

Həqiqətən də, SOCAR dəfələrlə bəyan edib ki, Gürcüstana lazımi qədər qaz nəql etməyə hazır olduğunu bildirib. Ona görə də indi gürcü hökuməti Rusiya və İranla danışıqlar apardığı zaman rəsmi Bakının öz yaxın partnyorlarının davranışından narazı olmağa əsası yaranır. Bir halda ki, indi İran qazı Ermənistandan Gürcüstana nəql olunması imkansız deyil.

Buna görə də Kaxa Kaladzenin Bakıya gözlənilməz səfəri gürcü hökumətinin öz mühüm strateji və energetik müttəfiqinin güvənini itirmək qorxusundan yaranan fors-mojor haldır.

Mübahisəli məsələ

Maraqlıdır ki, gürcü nazirin Bakıya səfərindən əvvəl xarici KİV-də Gürcüstanda 5.3 trilyon kubmetr qaz ehtiyatının aşkar olunduğu ilə bağlı məlumat yayıldı.Bu məlumat gürcü KİV-ində operativ olaraq yayıldı. Daha sonra bu məlumat ekspert birliyində birmənalı qarşılanmadı.Ekspertlərin o qədər də optimist olmayan proqnozları bu informasiyanın səhihliyini, o cümlədən Gürcüstanın enerji müstəqiliyi kimi bunu da şübhə altına aldı.

Bakı Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın sözlərinə görə, bu informasiya olduqca şübhəlidir.

“5 trilyon kubmetr həcmində göstərici – ciddi bəyanatdır, lakin inandırıcı deyil. Müqayisə üçün qeyd edim ki, bu, Rusiyanın qaz ehtiyatlarından (50 trilyon kubmetr) 10 dəfə, İranın qaz ehtiyatlarından (34 trilyon kubmetr) 7 dəfə, Qətərin qaz ehtiyatlarınddan isə (25 trilyon kubmetr) 5 dəfə azdır.

Yəni istənilən bir şey haqqında bəyanat vermək olar. Əsas məsələ bunun həqiqətən də doğru olmasıdırmı? Düşünürəm ki, yox.

Həmin şirkət bir qədər öncə Gürcüstanda qaz tapdığını elan etmişdi. Lakin gördüyümüz kimi, iş sözdən o yana getmədi. Fərq ondadır ki, əgər əvvəl söhbət milyard kubmetrlərdən gedirdisə, indi trilyon kubmetrlərdən gedir”- deyə, Şaban 1news.az-a müsahibəsində deyib.

Qeyd edək ki, rusiyalı ekspertlər də oxşar qiymətləndirmə aparıblar. Onların fikrincə, amerika şirkəti enerji bazarının real iştirakçılarını Gürcüstan bazarına investisiya qoyuluşunun perspektivli olmasına inandırmağa çalışır.

“İki il qabaq “Frontera Resources” bəyan etmişdi ki, Gürcüstanda 40 milyard kubmetr həcmində qaz yatağı kəşf edib. Keçən il isə Saqareco Kaxti rayonunda 5 milyard ton neft və 15 milyard kubmetr qaz ehtiyatı tapdığını elan edib. Bir qədər sonra isə şirkət həmin ərazidə mövcud qaz ehtiyatını 3,8 trilyon kubmetr həcmində qiymətləndirdi. İndi isə bu rəqəm 5 trilyon kubmetrə qədər artıb”- deyə, rusiyalı ekspertlər qeyd edirlər.

İlham Şabanın sözlərinə görə, kəşf edilmiş qaz ehtiyatı əvvəlcə təsdiq edilməldir, daha sonra isə onun necə çıxarılması və sərfəli realizə etmək haqda müzakirələr aparmaq olar. 

“Bu, asan məsələ deyil, eyni zamanda kəşf olunmuş ehtiyatları mövcud texnika ilə necə əldə etmək olar. Elə hallar da olur ki, qazma işləri zamanı sənaye istehsalı ilə bağlı problemlər ortaya çıxır. Bütün bunlardan əlavə, məlumdur ki, Gürcüstanın əlverisiz coğrafi şəraitinə görə onun ərazisində bir dənə də olsun dərin quyu qazmaq və ya kəşfiyyat işləri aparmaq mümkün deyil”, - analitik hesab edir.

“Qazprom”dan piar

Rusiya tərəfindən qaz tədarükü təklifi məsələsinə toxunana Şabanın fikrincə, bu, “Qazprom” tərəfindən irəli sürülmüş piardır. Bu da yeni kreditorların  və yeni mötəbər sərmayələrin cəlb olunmasına yönəlib.

“Fikrimcə, Rusiya-Gürcüstan danışıqlarının təşəbbüskarı olan “Qazprom”dur ki, onun da hər zamanki kimi birinci növbədə öz maraqları dayanır. Bu, eyni zamanda Moskvanın Gürcüstan vasitəsilə qaz tədarükünü genişləndirməsi niyyəti də ola bilər. Bunun hesabına artıq cari ildəRazdan İES-nin imkanlarını artıra bilər.

Həmçinin Gürcüstan da Şimal-Cənub qaz kəməri vasitəsilə iri həcmdə qaz tədarkünü almaqda maraqlıdır. Lakin 2018-ci ildə “Şahdəniz-2” layihəsinin ikinci mərhələsi zamanı Gürcüstanın demək olar ki, qaz ehtiyacının yarısı bağlanacaq. Gürcüstan bunun tranzitini 2020-ci ildə qəbul edə biləcək.

Eyni zamanda 2028-ci il üçün Gürcüstanla SOCAR arasında çox əhəmiyyətli müqavilə imzalanıb. Və bununla bağlı çox az problem ola bilər. 2007-ci ildə SOCAR ilk dəfə Gürcüstan bazarlarına çıxan zaman min kubmetr qaza görə 150 dollar təklif irəli sürürdü, eyni həcm üçün “Qazprom” isə 330 dollar təklif edirdi. Buna görə də rus qazının hazırki həcmləri gürcülər üçün kommersiya baxımından cəlbedici olsa da, Azərbaycan tərəfi bu illər ərzində Gürcüstan bazarı üçün dəfələrlə sərmayə yatırıb”, - Şaban dedi.

Öz növbəsində gürcü ekspert Mamuka Areşidze hesab edir ki, Gürcüstan hökuməti ilə  “Qazprom” arasında gedən danışıqların iki aspekti var: siyasi və iqtisadi.

Onun sözlərinə görə, hazırki Rusiya-gürcüstan münasibətlərində istənilən məsələni siyasi çərçivəyə yönəldirlər. Belə ki,Rusiya xarici siyasətini enerji fəaliyyəti üzərində qurub.

“Rusiyanın apardığı istənilən danışığın ardınca ­– istər qaz, istərsə də başqa məsələdə mütləq böyük siyasəti axtarmaq lazımdır. Və bu “Qazprom”un təzminat olaraq Rusiya qazının Ertmənistana tranziti tələbəblərinə də aiddir. Eyni zamanda bu, Rusiyanın Gürcüstana təzyiq məsələsində növbəti cəhddir.

Vaşinqtondan reaksiya

Gürcüstanın Rusiyanın qaz ixracı məsələsi Tbilsi Vaşonqton münasibətlərinə mənfi təsir göstərəcək fikrinin ABŞ-ın Xarici Siyasət Şurasının ekperti Stiven Blank təklif edib.

Blankın qənaətinə görə, Rusiya və İran qazının Gürcüstana tədarükünün heç bir səbəbi yoxdur, belə ki Azərbaycan bu ölkəyə kifayət həcmdə qaz tədarük edir. Amerikalı ekpert hesab edir ki, bütün bunların arxasında siyasi pərdəarxası oyun dayanır ki, buunun da əsasında ictimai deyil, şəxsi maraq dayanır.

Eyni zamanda analitik hesab edir ki, “Qazprom”unErmənistan və İran ərazsindən keçməklə tranzit məsələsi həll edildikdən sonra böyük ehtimalla bu, Gürcüstana min kubmetrə görə 220 dollara başa gələcək. Belə ki, Azərbaycan qazı isə eyni həcmdə 170 dollar təşkil etməklə daha ucuz başa gəldiyi halda.

Bazar elə bazardır

Gürcüstanın iri həcmdə Rusiyadan gələn qaz boru kəməri vasitəsilə mavi yanacaq almaqda maraqlı olmasında qeyri-adi heç nə yoxdur, azərbaycanlı politoloq Tofiq Abbasov hesab edir.

“Təbii ki, bu məsələdə siyasi faktor da öz rolunu oynayır. Belə ki, hələ 2006-cı ildə “Qazprom” Gürcüstana qaz ixrac etməkdən imtina etdiyi zaman imicinə xələl gətirdi, bununla da o etibarsız tərəfdaş rolunu aldı”, - o, bu haqda 1news.az-a şərhlərini bildirib.

Onun sözlərinə görə, Gürcüstanın Rusiya qaz tədarükünü Azərbaycan qazı ilə əvəzləməsi ciddi əsaslara söykənmir. Belə olan halda Rusiya-Gürcüstan-Ermənistan boru kəmərini dayandırmaq lazımdır ki, bu daGürcüstanın bu layhədən gəlir əldə etdiyi üçün də ona əlverişsizdir.

“Gürcüstanın tamamilə Azərbaycan qazından imtina etməsinə inanamaq da sadəlövhlük olar. Belə ki hazırda Gürcüstan Azərbaycandan 85% çox sərfəli qiymətlə qaz alır. Məsələ burasındadır ki, Gürcüstan qış mövsümündə yaranmış tələbatın artması ilə əlaqədar yeni variantlar axtarmağa çalışır.

Hazırda gürcülər Azərbaycandan qaz tədarükü həcminin artmasına israrla nail olmağa çalışırlar. Fikrimcə,İran qazının tədarükü məsləsi də müəyyən problemlər səbəbindən kifayət qədər əlverişli deyil. Yəni məsələnin həlli ilə bağlı suallar cavablardan çoxdur. Mənə elə gəlir ki, Azərbaycan günbəgün artan qaz tələbatını ödəməyə daha yaxındır. Sonda tərəflər çoxdankı strateji tərəfdaşlıq haqda razılığa gələcəklər. Həqiqətən də, enerji bazarlarında daha çox Qafqaz meydanında rəqabətlə əlaqədar gərginlik artır.

Enerji ehtiyatları olmayan ölkə olaraq Gürcüstan öz tədarük kanallarının şaxələndirmək istəyir və prinsip etibarilə bunu gizlətmir. Digər tərəfdən sınanmış tərəfdaş olaraq Azərbaycandan ikiəlli yapışıb, belə ki, bir zamanlar Gürcüstanın çətin vaxtında məhz Azərbaycan onun qış mövsümü zamanı qaz ehtiyacını ödəyib.

Hesab edirəm ki, hazırki vəziyyətdə gürcülər özlərini əmin hiss etmək üçün bir neçə alternativ variantı gözdən keçirirlər. Gürcüstanda Bakı ilə münasibətlərə daha çox güvənən siyasi güclər var və onlar bizim imkanlarımızı bilirlər. Zamanında Azərbaycan Gürcüstana 6 milyard dollar həcmində sərmayə yatırıb - bu, olduqca böyük rəqəmlərdir. Belə ki, bunun hesabına müxtəlif tikinti layihələri, Kulevi terminalı, yanacaqdoldurma stansiyaları kimibir sıra problemləröz həllini tapıb.

Bir sözlə, Azərbaycan kapitalı Gürcüstan iqtisadiyyatı üçün, eyni zamanda Gürcüstan enerjidaşıyıcıları üçün də mötəbər həcmdə maliyyə vəsaitləri də alacaq vasitədir.Zənnimcə, Gürcüstan bazarını saxlamaq lazımdır. Əgər SOCAR öz arxası ilə əlavə həcmlər və ixracatın potensialını artıra bilsə, bu, ölkəmiz üçün yalnız xeyir gətirə bilər.

1news.az

Paylaş:
1339

Sizin üçün xəbərlər

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRHBu gün, 20:24Azərbaycan XİN Pakistana başsağlığı veribBu gün, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilərBu gün, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİBBu gün, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdiBu gün, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJBu gün, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilirBu gün, 16:53Gəncədə qadın sirkə içib öldüBu gün, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edibBu gün, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdiBu gün, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilibBu gün, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşübBu gün, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdırBu gün, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edibBu gün, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcəkBu gün, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldıBu gün, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayırBu gün, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşübBu gün, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcəkBu gün, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdüBu gün, 13:46
Bütün xəbərlər