Prezidentin sərəncamı ilə Qobustan rayonunda yol tikintisinə vəsait ayrılıb | 1news.az | Xəbərlər
Rəsmi

Prezidentin sərəncamı ilə Qobustan rayonunda yol tikintisinə vəsait ayrılıb

18:48 - 08 / 02 / 2016
Prezidentin sərəncamı ilə Qobustan rayonunda yol tikintisinə vəsait ayrılıb

Azərbaycan Prezidenti İlham Əliyev Qobustan rayonunun Təklə-Sündü-Xilmilli avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

1news.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, sərəncamda bildirilir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1.  On beş min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Təklə-Sündü-Xilmilli avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində avtomobil yolları təsərrüfatı üçün nəzərdə tutulmuş vəsait hesabına “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinə 700,0 (yeddi yüz) min manat ayrılsın.

2.  Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

1news.az

Paylaş:
1104

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər